İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin (İƏGF-ARM) İdarə Heyətinin iclası keçirilib. Mərkəzdən verilən məlumata görə, İdarə Heyətinin sədri Elçin Əsgərov (Azərbaycan), üzvlər Aygül Gabdrahmanova (Rusiya, Tatarıstan), Fsahat Ul-Hassan (Pakistan), Vaciha Haris (Rumıniya), İƏGF-ARM-nin Baş direktoru Elməddin Mehdiyev və müşahidəçi statusunda İƏT Gənclər Forumu Baş direktoru Rasul Ömərovun iştirakı ilə bir neçə gün öncə Bakıda keçirilən iclasda Mərkəzin fəaliyyəti ilə bağlı gündəlikdə duran mühüm məsələlər müzakirə edilib.