İmam Rza (ə) buyurub: “Əncir ağızın pis iyini və xəstəlikləri aradan qaldırır, ağız və sümüyü möhkəmləndirir, tük gətirir. Əncir olan yerdə heç bir dərmana ehtiyac yoxdur”.
İmam Mühəmməd Baqir (ə) buyurub: “Kəvərdə dörd xüsusiyyət var: mədə yelini qovar, ağız qoxusunu təmizləyər, babasili sağaldar və hər gün kəvər yemək insanı cüzamdan qoruyar”.
Bildiyimiz kimi İmamların həyatındakı ən əsas cəhətlərdən biri onların mədəni-maarif sahəsinə diqqət etmələri olmuşdur. İmamların hər biri öz dövründə mədəniyyət sahəsində fəaliyyət göstərmiş və şagirdlər yetişdirərək onlar vasitəsilə öz elmlərini cəmiyyət arasında yaymışlar. Ancaq onların (İmamların) dövründə siyasi-ictimai şərait heç də yeknəsəq olmamışdır.
Həzrət Mühəmməd Peyğəmbərin (s) yaşca ən kiçik qızı. Anası ümmül-möminin Xədicədir. Həzrət Mühəmmədin (s) peyğəmbərliyinin 5-ci ilində, cəmadiyüs-sani ayının 20-də (m. 614-cü il) Məkkədə doğulmuşdur.