Tikinti işləri üzrə yaşlı bir usta qocalıq səbəbilə illərdir çalışdığı şirkətlə fəaliyyətinə xitam vermək qərarına gəlir və rəhbərliyə bu qərarını çatdırır.
"Əgər Hüseyn öz dünyəvi istəklərinə çatmaq üçün qiyam edibsə, mən başa düşə bilmirəm ki, bəs niyə öz bacısını, zövcəsini və övladlarını da özü ilə aparıb. Bu onu göstərir ki, o, yalnız İslam uğrunda fədakarlıq edib".
“Kərbəla faciəsindən aldığımz ən gözəl dərs odur ki, Hüseyn (ə) və onun silahdaşları Allaha möhkəm bir imanla bağlanmışdılar. Onlar öz əməlləri ilə sübut etdilər ki, haqq ilə batil üz-üzə dayandığı bir məqamda batilin sayca üstün olmasının heç bir əhəmiyyəti yoxdur. Hüseynin (ə) bu azlıqla mənəvi qələbəsi məni heyrətə gətirdi.”
"Dünya İmam Hüseynin (ə) şəxsiyyətindən yaxşı və parlaq bir nümunə təqdim edə bilməz. O, sevgi, şücaət təcəssümü və həqiqi qurban verməkdə və həqiqi sadiq olmaqda bir canlı örnək idi. Hər bir müsəlman onun həyatından dərs almalı və onu özünə rəhbər seçməlidir".
"Əgər İsa Məsihlə Hüseynin fədakarlığı müqayisə olunsa, Hüseynin fədakarlığı daha dəyərli nəzərə çarpacaq. Çünki Məsih özünü fəda etməyə gələn zaman həyat yoldaşı və övlad sahibi və ondan sonra ailəsinin hansı aqibətə düçar olacaqları fikrində deyildi. Amma Hüseynin həyat yoldaşı və ataya ehtiyacı olan azyaşlı övladları var idi".
"Əgər Hüseyn bizlərdən biri olsaydı, onun üçün Yer kürəsinin hər guşəsində bayraqlar asar və minarələr ucaldardıq və insanları xristianlığa dəvət edərdik"