Ermənistan silahlı qüvvələrinin Rusiyanın 366-cı alayının 40 zirehli texnikasının dəstəyi ilə Azərbaycan Respublikasının Şuşa şəhərini işğal etməsindən 27 il ötür.5
Əfqanıstanın qərbində ABŞ və Əqanıstan qüvvələrinin ekstremistlərə aid obyektlərə endirdiyi hava zərbələri nəticəsində 150 taliban yaraqlısı və 30 dinc sakin həyatını itirib.
Rusiyanın Penza şəhərində 20 orta məktəbdə şəhər prokurorluğunun tələbi ilə şagird qızların hicab geyinməsi qadagan edilib. Bu barədə RİA Novosti məlumat verib.
Şri-Lanka hökuməti aprelin 21-də ölkə ərazisində törədilmiş terror aktlarının bütün ehtimal edilən təşkilatçılarının saxlanıldığını və ya məhv edildiyini bəyan edib.
Qətər əmiri Tamim bin Hamad əl Tani Fələstin və İsrail arasında gərginliyin artması fonunda Qəzza zolağı və İordan çayının Qərb sahili sakinlərinə 480 milyon dolların ayrılması barədə qərar qəbul edib.