İndoneziyada Mərkəzi Seçki Komissiyasının (MSK) 500-ə yaxın əməkdaşı səslərin hesablanmasından sonra dünyasını dəyişib. Ölkənin Səhiyyə Nazirliyi MSK əməkdaşlarının əksəriyyətinin ölümünə iflic və infarktın səbəb olduğunu bildirib.
Şri-Lankda ötən ay yüzlərlə insanın ölümünə səbəb olan partlayışların təşkilatçısı olan terrorçularla əlaqədə şübhəli bilinən 60 yaşlı İslam ilahiyyatçısı Məhəmməd Əliyar həbs edilib.
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli dünən Müqaəddəs Ramazan ayı və ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirib.
Ali Məhkəmədə İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilən azərbaycanlı - Nicat Əhmədovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.