İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin kino zalında İran Kino Həftəsinin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri İbrahim Nuri İran kinosunun nailiyyətlərindən danışıb. O bildirib ki, il ərzində İranda yüzdən artıq tammetrajlı filmlər və teleseriallar çəkilir.