Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Şimali Qafqaz bölgəsinə səfəri başlayıb. QMİ mətbuat xidmətindən APA-ya verilən məlumata görə, öncə Rusiya Federasiyası Kabarda-Balkar Respublikasına yollanan A.Paşazadə Qafqaz Şeyxülislamı olaraq yerli müsəlmanlarla görüşəcək, sonra Kabarda-Balkar Müsəlmanları Ruhani İdarəsi rəhbərinin seçkilərində iştirak edəcək. Kabarda-Balkar Respublikasının prezidenti Arsen Kanokovun Şeyxi qəbul edəcəyi nəzərdə tutulur.
Şeyx sonra Çeçenistana yola düşəcək. Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun dəvəti ilə baş tutan səfərdə QMİ sədrinin Çeçenistan müftisi Soltan Mirzəyev və yerli dindarlarla görüşü nəzərdə tutulub. A.Paşazadəni səfərdə Şimali Qafqaz Müftiləri Koordinasiya Şurasının sədri, müfti İsmayıl Berdiyev müşayiət edəcək.
musavat.com