Parisdə "Qafqaz və Mərkəzi Asiya" mövzusunda simpozium keçirilib. Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən APA-ya verilən məlumata görə, Fransa Senatında təşkil edilmiş tədbirdə Fransa Şirkətlər Hərəkatı, Beynəlxalq Ticarətin İnkişafı Agentliyi ("UbiFrance"), Beynəlxalq İnvestisiyalar üzrə Fransa Agentliyi və Fransa Ticarət Palatası ilə yanaşı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Fransadakı səfirliyinin nümayəndələri də iştirak edib.