Mayın 16-da Bakıda Qafqaz Xalqları Ali Dini Şurasının hesabat iclası keçiriləcək. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib
Məlumata görə, mərasim iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək, sonra isə QMİ-nin inzibati binasında Qafqaz Xalqları Ali Dini Şurasının hesabat iclası başlayacaq.
Qeyd edək ki, Qafqaz Xalqları Ali Dini Şurası 1992-ci ildə yaradılıb. Həmin vaxt QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın, Dağıstanın, Kabarda-Balkarın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çərkzin, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqları Ali Dini Şurasının sədri seçilib.