Liviya lideri Müəmmər Qəddafini dəstəkləyən hərbi qüvvələr ölkənin şərqindəki Marsa-Breqa dəniz limanını üsyançılardan geri alıblar. APA-nın xəbərinə görə, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.
ABŞ-ın "Kirsarc" və "Pouns" desant gəmiləri Süveyş kanalını keçərək Liviya istiqamətində irəliləyirlər. Bu barədə BBC Misir rəsmilərinə istinadən məlumat verir.
Liviya güc strukturlarının əməkdaşları paytaxt Tripolidə hökumət əleyhinə nümayiş keçirən şəxslərə atəş açıblar. Bu barədə Liviyanın "Qureyna" qəzeti məlumat verir.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın vəfatı ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyinə başsağlığı məktubu ünvanlayıb.