İslam dünyasının böyük öncüllərindən biri, görkəmli mütəfəkkir, ictimai-siyasi xadim cənab Nəcməddin Ərbakan 85 yaşında dünyasını dəyişib.
İslam dünyasının böyük öncüllərindən biri, görkəmli mütəfəkkir, ictimai-siyasi xadim cənab Nəcməddin Ərbakan 85 yaşında dünyasını dəyişib.
Cənab Ərbakan 29 oktyabr 1926-ci ildə Türkiyənin Sinop şəhərində adanalı Kozanoğullarından olan Məhmət Səid Ərbakanın ailəsində dünyaya gəlmişdir.
Nəcməddin Ərbakan hələ 1970-ci ilin yanvar ayında Milli Görüş hərəkatının ilk partiyası olan Milli Nizam partiyasını qurdu. Lakin 1971-ci ilin aprel ayında təzyiqlər nəticəsində Milli Nizam partiyasının fəaliyyətinə antidemokratik bir şəkildə son qoyuldu.
1972-ci ildə Milli Səlamət Partiyasını qurub. 1980-87-ci illərdə ona siyasətlə məşğul olmaq qadağan edilib. 1987-ci ildə "Rifah" ümummilli partiyasının başqanı seçilib. 1995-ci ildə Türkiyənin baş naziri olub. 1998-ci ildə ultimatum verilərək, siyasətdən uzaqlaşdırılıb. 5 il müddətinə siyasətlə məşğul olmaq ona yasaqlanıb. 2003-cü ildə Nəcməddin Ərbakan "Səadət" partiyasının başqanı seçilib.
Bu böyük itki münasibətilə İçərişəhər "Cümə" məscidinin dini icması böyük kədərini ifadə edir və bütün dünya müsəlmanlarına dərin hüznlə başsağlığı verir. "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun yaydığı başsağlığı bəyanında bildirilir:
"Bismilləhir-Rahmənir-Rahim!
İnna lillah və inna ileyhi raciun! Biz hamımız Allahdanıq və qayıdış Ona tərəfdir!
Cənab Nəcməddin Ərbakan - nəinki türk dünyaslının, bütün İslam aləminin görkəmli simalarından biri idi və onun vəfatı - bütün müsəlmanların qəlbini ağrıdan bir itkidir. O, 40 illik böyük siyasi həyatı ərzində Türkiyənin böyük vətənpərvəri olmaqla yanaşı, ümmətçilik ideallarını yaşadan və buna önəmli töhfə verən görkəmli bir mütəfəkkir və siyasi xadim idi. N.Ərbakan öz parlaq və mənalı həyatı ilə müsəlman ictimai fikrinin inkişafına, xalqların oyanışına böyük xidmət göstərmişdir.
Allahdan bu itkidən sarsılmış qəlblərə səbir və təmkinlik diləyirik.
Allah bu böyük insanın məqamını uca etsin!
Allah rəhmət eləsin!".