Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə İranın ali dini rəhbəri Xamneyiyə təbrik məktubu ünvanlayıb. APA-nın məlumatına görə, QMİ sədri ali dini rəhbəri Yeni ilin gəlişi münasibətilə (Hicri-şəmsi təqvimi ilə) təbrik edib.