Bir kişi Peyğəmbəri-əkrəmdən (s) behiştdən uzaq düşməməsi üçün ona bir şey öyrətməsini istədi.
Həzrət buyurdu: 1. Qəzəblənmə; 2. Xalqdan istəmə (yə`ni hər bir şeyi Xaliqdən istə); 3. Özün üçün istədiyini xalq üçün də istə (yə`ni özünə rəva bilmədiyini xalqa rəva bilmə).
Peyğəmbəri-əkrəm (s) buyurur: Qəzəb imanı, sirkə balı xarab etdiyi tək zay edər.
İmam Sadiq əleyhissalam buyurur: Qəzəb hikmət sahiblərinin qəlbinin hikmətini yox edər (elə buna görə də onda hikmət əvəzinə səfehlik müşahidə olunar) və buyurdu: Hər kim qəzəbinə sahib olmasa (qəzəbini cilovlaya bilməsə) ağlına da sahib ola bilməz.
İmam Sadiq əleyhissalam buyurur: Hər kim qəzəbinin qarşısını alsa, Allah onun eybini örtər və gizlədər.