POPULYARXƏBƏRLƏR

“Afrikadakı uşaqlara yardım əlini uzat!” xeyriyyə kampaniyasının növbəti mərhələsinə start veriləcək

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) Avrasiya Regional Mərkəzinin təşəbbüsü ilə müqəddəs Ramazan ayında, “Afrikadakı uşaqlara yardım əlini uzat!” xeyriyyə kampaniyasının yeni mərhələsi həyata keçiriləcəkdir.

10 iyul – 10 avqust  2013-cü il tarixlərində Azərbaycanda baş tutacaq bu xeyriyyə aksiyasından əldə olunan vəsaitlə Tanzaniya kimi susuzluq probleminin ən ağır olduğu bölgələrdə su quyularının qazılması planlaşdırılır. Sözügedən Afrika ölkəsinin üçdə biri quraqlıq zonalarından ibarət olduğundan, əhalinin böyük bir qismi içməli, eləcə də başqa ehtiyaclar üçün lazım olan sudan məhrumdurlar. Hətta insanların bir çoxunun istifadə etdiyi suya zəhərli toksik maddələrin yığışdığı kanalizasiya suları da qatıldığından bu, xolera və malyariya kimi kütləvi xəstəliklərə səbəb olur.

Kampaniyanın əsas məqsədi bir ay ərzində yığılacaq maliyyə vəsaiti hesabına Afrika ölkələrində yeni su quyularının qazılmasına dəstək verməkdir. Onu da qeyd edək ki, DƏ-İKGF Avrasiya Regional Mərkəzinin təşəbbüsü ilə keçirilən kampaniyanın birinci mərhələsi 2011-ci ilin Ramazan ayında baş tutmuşdur. “Somaliyə yardım əlini uzat!” şüarı ilə keçirilən bu humanitar kampaniya çərçivəsində kütləvi aclıq çəkən 1200 ailə üçün 80 min dollardan çox maliyyə vəsaiti toplanmış və bu yardım öz hesabına Somaliyə gedən könüllülər tərəfindən 5000-dən artıq insana ərzaq şəklində paylanmışdır.

İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi Afrikadakı uşaqlara yardım etmək istəyənləri  Ramazan ayı ərzində (iyul ayının 10-dan avqust ayının 10-na kimi) öz ianəsini kampaniyanın hesabına keçirməyə dəvət edir. Yardım etmək istəyənlər vəsaitləri İKGF-nin:

DƏ-İKGF Avrasiya Üzrə Regional Mərkəz

Azərbaycan Beynəlxalq Bankı Səbail filialı

HESAB No:  AZ95IBAZ39070029442412143209 AZN

MÜXBİR HESAB: AZ03NABZ01350100000000002944

S.W.I.F.T. KOD: IBAZAZ2X

KOD: 805551

VÖEN: 9900001881

CORR. ACC: 0137010002944

saylı bank hesabına köçürə bilər, ya da  İKGF-nin Bakı ofisinin (+994 12) 598-11-62 və ya (+994 12) 492-11-52 nömrəli əlaqə nömrələrinə zəng edərək deyilən ünvanlarda nağd ödəyə bilərlər. Ödənişlərin minimal həddi yoxdur. Bütün ödənişlərə müvafiq rəsmi qəbz verilir.

Kampaniya üçün xüsusi olaraq hazırlanmış video-filmi təqdim edirik:



Yerləşdirilib:9 İyul, 2013  16:12, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 1
Müəllif: Nazim | 9 İyul, 2013  21:52
# Ответить
+4


]]>]]>

Her kes ve hetda maddi imkani olmayanda 1 manatda olsa bele susuz ushaqlara yardim elini uzatmalidir,Kerbelada Hazreti Ebelfezl Abbas kesilmish qollarina reqmen susuz qalmish mahsum ushaqlarun yanina getmeye xecalet cekmishdi.Buz muselmanlar emelimizle besheriyete subut etmeliyik ki merhemet ve sexavetde Muhammed(sa) ummetine beraber olan ikinci bir ummet yoxdur ve olada bilmez esla!
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com