Bəzi müsəlmanlar qeyri-İslam ökələrindən gətirilən qayışları geyinmirlər. Bunun səbəbi nədir?
Şiə məzhəbinin qanunlarına görə, əti yeyilən heyvanın halal olması üçün həm də onun müsəlman tərəfindən və bismillahla kəsilməsi vacibdir. Əks halda bu heyvan leş kimi sayılar və murdar olar. Onun nə ətini yemək, nə də dərisindən istifadə etmək olmaz. Qeyri-müsəlman ölkələrində istehsal olunan təbii heyvan dərisindən hazırlanmış qayışlar da bu baxımdan murdar sayılır. Çünki bu qayışların hazırlandığı dərilər qeyri-müsəlmanların kəsdiyi heyvanlara məxsusdur. Bu cür qayışla namaz qılan adamın namazı da batil sayılır.
Bu deyilənlər şiə məzhəbinə aiddir. Əhli-sünnə məzhəbində əhli-kitabın (xristian və yəhudilərin) kəsdiyi heyvanın ətini yemək olar, dərisindən də istifadə etmək icazəlidir.