POPULYARXƏBƏRLƏR

QMİ-nin Quba nümayəndəsi: “Bəzi dindarlarımız başqa dövlətlərin maraqlarından çıxış edirlər”

İslam.az-ın müsahibi Qafqaz Müsəlmanları İdarəsinin Quba üzrə səlahiyyətli nümayəndəsi Hacı Naib Heybət oğlu Səttarovdur. Hacı Naib 1998-ci ildən bölgədə qurumun rəsmi nümayəndəsi kimi fəaliyyət göstərir.

- Hacı, din-dövlət münasibətlərinin hazırki vəziyyətini necə dəyərləndirərdiniz?

- Mən bir din xadimi kimi deyə bilərəm ki, dünyanın bir sıra yerlərində cərəyan edən hadisələrin ölkəmizdə də baş verməsinə icazə verməməliyik. Biz vətənimizdəki firavanlığa xətər yetirilməsinə zəmin yaratmamalıyıq, dövlətimizin və xalqımızın salamatçılığı üçün əlimizdən gələni əsirgəməməliyik. Çünki dövlətimiz salamat olarsa, bizim dinimiz də salamat olar. Dövlətimiz salamat olarsa, bizim milli- mənəvi dəyərlərimiz salamat olar.  İslam peyğəmbəri buyurub ki, “Vətəni sevmək imandandır”. İmanı olan hər bir şəxs vətəninin, dövlətinin, torpağının təəssübünü çəkməlidir. Mən bir azərbaycanlı kimi fəxr edirəm ki, ölkəmizdə, xüsüsilə də çox mürəkkəb region olan şimal bölgəsində dini durum sabit vəziyyətdədir. Bu region müxtəlif məzhəblərlə zəngin olan bir bölgədir. İslam dinindən başqa dinlərə məxsus təriqət nümayəndələrini də burda görmək mümkündür. Bundan başqa, region etnik qruplarla da zəngindir. Bütün bunlara baxmayaraq regionda birlik və vəhdət var.

- Regionda radikal qruplaşmalar, xüsusilə də vəhhabi quruplaşmaları problem yaratmırmı?

- Üzdə olmasa da, onlar daxildə öz istəklərini həyata keçirməyə cəhd edirlər. Yəqin inzibati orqanlar onlara nəzarət edirlər, bu günə qədər ciddi münaqişə vəziyyəti yaranmayıb. Ümid edirik ki, bundan sonra da qarşıdurmalar olmayacaq. Məscidlərimiz fəaliyyətdədir. Sağlam düşüncəli dindarlarımız da var, qeyriləri də. Radikal əqidəli məzhəblərin təsiri altına düşən insanlar da var ki, bu da xoşa gələn hal deyil. Amma ümumilikdə dövlətimizin mənəvi dəyərlərimizə göstərdiyi qayğını hamı görməli və dəyərləndirməlidir. Bu gün dövlətimizin şeyximizə verdiyi hər bir dəyər ümumi dinimizə, dindarlarımıza verilən dəyərdir. Ölkədə tolerantlıq çox yüksək səviyyədədir. Məscidlərlə yanaşı kilsələrin və sinanoqların dövlət tərəfindən təmir olunması, dağ yəhudiləri dini icmasının sədri Boris Somandiyevin dövlət tərəfindən xüsusi fərmanla təltif olunması dövlətin yüksək qayğısının nəticəsidir. Biz neçə illərdir ki, dağ yəhudiləri ilə milli və dini zəmində əməkdaşlıq edirik. Dindarlarımızın fəaliyyəti həqiqətən yüksək səviyyədədir. Onlar narkomaniya və alkoqolizmə qarşı ciddi mübarizə aparırlar. Bundan başqa məzhəblər arasında birlik əldə edilməsinə və bu birliyin saxlanılmasına çalışırıq.

- Orta məktəblərdə tətbiq olunan hicab probleminə münasibətinizi bilmək istərdik…

- İslam dini təkamül dinidir. İnsan radikal olmamalıdır. Azərbaycan dünyəvi bir dövlətdir. İslamda məcburiyyət yoxdur, könüllü və azad şəkilldə İslam dini qəbul edilməlidir və əqidə fərqinə varmadan dinə xidmət edilməlidir. Mən ölkəmizdə kiminsə məcbur edildiyini görmürəm. Hicab İslam dininin əsaslarından biridir. İran fundamentalizmini kənara qoysaq belə, Azərbaycanda tarixən analarımız, nənələrimiz və bacılarımız hicaba riayət ediblər. Ən çətin zamanlarda belə ana örpəyi müqəddəs sayılıb. Hicab bizim Natavanımızın, bizim Məshətimizin, bundan başqa İslam Peyğəmbərinin (s) qızı Fatimeyi Zəhra (s.ə) nəvəsi xanım Zeynəbin zinəti olub. Lakin bu məsləni qabartmaq olmaz, istəyər hicab taxar, istəməzsə taxmaz. Hicab Azərbaycanın milli–mənəvi dəyərlərindən biridir. Tariximizdən, soy kökümüzdən və keçmişimizdən gələn bir nemətdir. Bu məsələni qabartmaq, şişirtmək və qarşıdurmalarla gündəmə gətirmək xoşagəlməz bir şeydir.

Sonda demək istərdim ki, çox təəssüflər - bu gün fəaliyyət göstərən radikal və qara qüvvələr var. Azərbaycanın işıqlı sabahına kölgə salmaq istəyənlər var. Dövlət də, milli atributları da, rəhbəri də bizimdir. İstər dindar, istərsə də qeyri-dindarlar bunların təəssübünü çəkməlidir.

Çox təəssüfləndirici haldır ki, bəzi dindarlarımız başqa dövlətlərin maraqlarından çıxış edirlər. Əgər biz dinimizi, Quranı təbliğ etmək istəyiriksə, niyə digər ölkələrin dövlətçiliyinin təbliği altında onları təbliğ edək? Niyə bizim dindar insanlar xarici ölkələrə gedəndə Azərbaycanımızı tanıtmırlar, ancaq o dövlətləri gəlib burada təbliğ edirlər?

Bəziləri dövlətimizə, millətimizə və xalqımıza bağlı olan dindarlarımızı xüsusi bəhanələrlə ləkələyir, onları dövlət məmurları və xalqın yanında gözdən salaraq dövlət tərəfindən onlara qarşı addımlar atılmasına nail olur və dövlət adamlarının əli ilə onları vururlar. Daha sonra da xalqa üzünü tutub o insanı ətrafdakılara nümunə olaraq göstərir. Bu cür hadisələrdən sonra bəzi adamlarda dövlətə qarşı inamsızlıq artır.  Amma son zamanlar dövlətin də belə adamlara qarşı atdığı addımları gördününz. Ümüdvarıq ki, prezidentin bu cür məslələrdən xəbəri var, ümüdvarıq hər kəsə layiqli dəyər veriləcəkdir.

islam.az


Yerləşdirilib:25 İyun, 2013  19:26, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 6
Müəllif: feyzi | 26 İyun, 2013  15:05
# Ответить
-5


]]>]]>

Ay hacı, hicab qadağan edənlərə niyə söz deyə bilmirsən? Qiyamətdə Allaha nə cavab verəcəksən? "Bu məsələni qabartmaq, şişirtmək və qarşıdurmalarla gündəmə gətirmək xoşagəlməz bir şeydir" deyirsən. Onda şişirtmirlərsə, İslama qarşı bu addımı həzm etməlidirlər? Allah səni kimilərin əlindən Azərbaycan müsəlmanlarına nicat versin! AMİN
Müəllif: Haci | 26 İyun, 2013  15:10
# Ответить
-5


]]>]]>

NEYNƏSİN? BAŞQA SÖZ DESƏLƏR, İŞİNDƏN GÜCÜNDƏN OLAR. O KƏSLƏRKİ, DİN İLƏ PUL QAZANIRLAR (HAQQI GÖRƏ GÖRƏ KORDULAR) QİYAMƏTDƏ BƏDBƏXT OLACAQLAR. O KƏSLƏRKİ, ELMƏ ƏMƏL ETMİRLƏR QURAN DEYİRKİ, KİTAB YUKLU UZUNQULAQDIRLAR.
Müəllif: Yusif | 27 İyun, 2013  18:22
# Ответить
+7


]]>]]>

Bes ne demelidir? Desin ki, ay camaat chixin cahada? Ancaq ozge gozunde tir axtarmaqdi ishimiz..
Müəllif: feyzi | 28 İyun, 2013  13:21
# Ответить
-7


]]>]]>

Cihada çıxın demək onluq deyil - hicabın gözəlliyindən danışır, sonda deyir qadağanı qabartmaq lazım deyil. Heç olmasa desin ki, hicab problemini belə həll edək. Saray mollası olmaqdansa, fəhlə, kəndli olmaq yaxşıdır
Müəllif: Salman | 21 İyul, 2013  23:16
# Ответить
+7


]]>]]>

Əlbəttə xaricdə oxuyub gələn savadlı gənc ruhanilərimiz var.Allah onların BƏZİlərindən razı olsun.amma etiraf edək ki onlarin içində əksəriyyəti hara vəya kimə xidmət edir.Haci tamamiylə DÜZ DEYİB.Bilirəm bu yazıdan sonra bəzisi onun arxasında namaz qilmazlar.amma Haci işinizdə olun....
Müəllif: AllahQulu | 22 İyul, 2013  22:00
# Ответить
+6


]]>]]>

A bala nə olub Hacıdan nə istəyirsiniz.vapşe məscid axundları ilə bəzi xaricdən maliyələşənlərin problemi var.o problemləri təzə dindarlar əmələ gətirmək istəyirlər.
Ay Hacı işinizdə olun.cocuq mocuqa fikir verməyin.
YAŞASIN AZƏRBAYCANIMIZ,MƏHV OLSUN BİZİ İSTƏMƏYƏNLƏR.AMİN AMİN AMİN
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com