Türkiyәli bir gülәşci öz xatirәlәrindә qeyd edir:
"Mәn yarışda Cahan Pәhlivan Tәxti (iranlı mәhşur gülәşci) ilә gülәşmәli oldum vә o, çox güclü idi. Yarışın mәnim üçün çәtin olacağını bilirdim vә udma şansım da çox az idi.
Gülәşdәn əvvəl biz paltar geyinib-soyunma otağında görüşüb bir az söhbәt elәdik. Cahan Pәhlivan mәndәn soruşdu:
- Türkiyәdәn sənə dəstək olmağa nә qәdәr adam gәlib?
Mәn dedim:
- 200 nәfәr.
Cәhan Pәhlivan dedi:
- Ailәn dә burdadı?
Dedim:
- Bәli (gördüm pis oldu).
Dedi:
- Mәn sәni ailәvin gözü qabağında yıxa bilmәrәm, gәrәk uduzam.
Dedim:
- Axi niyә? Sәbәb nәdi?
Cavan Pәhlivan mәnә bu hadisәni danışdı:
- Hәzrәt Әli (ә) bir gün mәscidә girdi. Gördü müsəlmanlar nәyisә müzakirә edirlәr. İbn Abbas (r.ә) da orda idi. Hәzrәt Әli (ә) İbn Abbasdan nə baş verdiyini soruşdu.
İbn Abbas dedi:
- Kişinin әn ağır, әn әlacsız vaxtının hansı vaxt olduğunu müzakirә edirlәr. Biri deyir "ailәsi xәstә olanda", biri deyir "övladı olmayanda" vә s.
Ardınca İbn Abbas soruşur:
- Ya Әli, sәnin fikrin nәdi?
Әlinin (ə) gözlәri yaşla doldu və dedi:
- Kişinin әn ağır vәziyyәti odur ki, Xeybәrin qapısını sındıran әllәr onda ola, Zülfüqar kimi qılınca sahib ola, amma yoldaşı qapı ilә divar arasında qalanda heç nә edә bilmәyә.
Türkiyәli gülәşci deyir ki, Tәxti bunu dedi vә ağlamağa başladı. Vә o dediyi kimi ailәm idman zalında olduğu üçün mәnә mәğlub oldu!"