İmam Səccadın (ə) yaxşı əxlaq üçün etdiyi dua:
İlahi! Sən kədərli çağlarımın dayağı, ümidsizlik çağlarımın arxasısan, müsibətlər mənə hücum edəndə imdadımsan. İtirdiyim hər şeyin qarşılığı, korladıqlarımın islahı, pis bildiyimin dəyişməsi sənin yanındadır.
Elədirsə, sağlamlığım təhlükəyə düşməzdən əvvəl, zənginlik diləməzdən və zəlalətə düşməzdən əvvəl mənə ehsan edib bəndələrin eyb axtaracaqlarını məndən uzaqlaşdır, qiyamət gününün əmin-amanlığını mənə bəxş et. Və hidayət olmağın ləzzətini mənə duydur.
"Allahummə əntə uddəti in həzintu və əntə muntəcəi in hurimtu və bikə istiğasəti in kəristu və indəkə mimma fatə xələfun və lima fəsədə salahun və mimma ənkərtə təğyirun vəmnun aləyyə qəbləl-bəlai bil-afiyəti və qəblələt-tələbi bil- cidəti və qabləd-dəlali bir-rəşadi vəkfini məunətə məarrətil-ibadi və həbli əmnə yəvmil-miadi vəmnəhni husnəl-irşadi".