POPULYARXƏBƏRLƏR

"Qütb TV" intenet televiziyası Ramazan ayının 1-də fəaliyyətə başlayacaq - Vüsal Əliyev

Tezliklə islam.az saytının yeni Qütb TV layihəsi fəaliyyətə başlayacaq. İslam.az saytının baş redaktoru Vüsal Əliyev SalamNews-a müsahibəsində layihə haqqında daha ətraflı məlumat verib.

- Qütb TV-ni ərsəyə gətirmək fikri necə yarandı?

- Bu layihə üzərində çoxdan düşünürdük. Əlbəttə islam.az, Allaha şükürlər olsun ki, kifayət qədər populyarlıq qazanmış və oxucu auditoriyasına malik saytdır. Heç vaxt populist başlıqlarla, qalmaqallı xəbərlərlə reytinqimizi artırmaq fikrində olmamışıq. Yəni islam.az-ın oxucu kütləsinin böyük əksəriyyətini birləşdirən ümumi xüsusiyyətlər ciddilik, məntiqi düşüncə tərzi, qaraguruhçuluqdan uzaqlıq, müasirlik, yüksək bilik səviyyəsi və müasir dünya görüşüdür. Bir sözlə, təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, bu günə qədərki fəaliyyətimizdən razı qala bilərik. Amma bununla yanaşı, anlayırdıq ki, müəyyən məsələlərdə fikirlərimizi, mövqeyimizi, bəzən isə hətta informasiyaları oxucularımıza istədiyimiz səviyyədə çatdıra bilmirik. Məhz elə buna görə də İnternet TV-yə böyük tələbat yarandı. İndi hazırlıq işləri tamamlanmaq üzrədir. İnşallah tezliklə dəyərli izləyicilərimizə QütbTV layihəmizi təqdim edəcəyik. Daha əvvəl isə təqdimat mərasimi keçirməyi planlaşdırırıq.

- Yeni internet TV-nin məhz Qütb TV adlandırılmasının səbəbi nədir?

- Yeni layihə üçün seçdiyimiz ad təsadüfi deyil. Məlum olduğu kimi, islam.az saytının təsisçisi olan Azərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzi (DAM) hələ 1999-2002-ci illərdə Аzərbaycan və rus dillərində o zaman üçün dini və ictimai mühitdə kifayət qədər tanınan “Qütb” adlı ictimai fikir jurnalını nəşr edirdi. Sonradan internetin inkişafını və gələcək perspektivini nəzərə alaraq islam.az saytı təsis edildi və jurnala ayrılan qüvvə internet saytın inkişafına istiqamətləndi. Hazırda saytımız geniş internet portal halına gəlib. İndi internet layihəmizin yeni mərhələsi olan internet TV-yə keçərkən vaxtilə maarifləndirmə sahəsində xeyli uğuru olan “Qütb” jurnalının adını və ənənəsini burada davam etdirməyi qərara aldıq.

- “Qütb” TV-nin əsas hədəfi nə olacaq?

- Əqlə, şüura, təfəkkürə üstünlük vermək. Əlbəttə, hər işimizin başında mənəviyyatı, əxlaqı görürük. Çünki, mənəviyyat, əxlaq yoxdursa, insan da yoxdur. Düşünürük ki, nə ictimai, nə siyasi, ümumiyyətlə, heç bir fəaliyyət mənəviyyatsız, əxlaqsız olmamalıdır. Təəssüf ki, son illər müasirləşmə adı altında əslində mənəviyyatsızlıq, əxlaqsızlıq təlqin olunur, insanlarımız bəzən özləri də bilmədən bu əxlaqsızlıq dənizində qərq olurlar, özlərini iradəsiz halda bu əxlaqsızlıq dalğalarının ixtiyarına buraxırlar. Biz bacardığımız qədər bu tendensiya ilə mübarizə aparacağıq. Düzdür, islam.az-ın adından da hansı amallara qulluq etdiyi aydın olur. Amma heç kim düşünməsin ki, biz sırf dindarlara hesablanan kanal açırıq. Bizim layihə, belə demək olarsa, orta statistik azərbaycanlıya hesablanıb.

- Efirdə hansı verlişlərə üstünlük veriləcək?

- Verilişləri planlaşdırarkən maksimal dərəcədə müasir tələbləri nəzərə almışıq. Anlayırıq ki, XXI əsrin insanının zamanı çox dəyərli və məhduddur. Odur ki, mümkün qədər lakonik, eyni zamanda kreativ olmağı qarşımıza məqsəd qoymuşuq. Müəyyən mənada, bu, bizim efirə gedəcək verilişlərimiz üçün seçdiyimiz adlardan da sezilir: “Sözün mustafası”, “Çərçivəsiz”, “Dəvət”, “Soruşun ki, biləsiniz”, “Vedrə”, “Dinimizin əlifbası” və s.

- Qütb TV-nin ilk verilişinə konkret nə vaxt baxmaq mümkün olacaq?

- Qarşımıza məqsəd qoymuşuq ki, Ramazanın 1-də ilk verilişimizi izləyicilərimizin mühakiməsinə təqdim edək. Bilirik ki, Ramazan Allahın rəhmət və bərəkət ayıdır. Odur ki, bütün qüvvəmizi səfərbər edib bu məqsədimizə yetişmək üçün çalışırıq.



Yerləşdirilib:21 İyun, 2013  18:06, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 7
Müəllif: Muslim | 21 İyun, 2013  13:17
# Ответить
+4


]]>]]>

Ugurlar.
Müəllif: Polad | 21 İyun, 2013  13:25
# Ответить
+4


]]>]]>

Ugurlar Sizlere
Ramazan ayında bele bir televiziyanın olmasına həqiqətən ehtiyyac var
Müəllif: Altay | 21 İyun, 2013  13:50
# Ответить
+4


]]>]]>

beh beh
Allah Sizlerden razi olsun
Müəllif: Zeki | 21 İyun, 2013  16:51
# Ответить
+2


]]>]]>

Xeyirli olsun! Size ugurlar!
Müəllif: Gulnare | 21 İyun, 2013  20:19
# Ответить
+3


]]>]]>

XEYIRLI OLSUN
Müəllif: bende | 21 İyun, 2013  22:07
# Ответить
+1


]]>]]>

TEBRIKLER,ALLAH XEYIR VERSIN!
Müəllif: Ruqeyye | 22 İyun, 2013  12:44
# Ответить
+1


]]>]]>

Allah xxeyirli,ugurlu etsin inseAllah
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com