Deyirlər ki, cəhənnəmə düşən adam üçün xilas olmaq şansı yoxdur. O nə qədər yalvarıb tövbə etsə də, bağışlanmayacaq, köməyinə gələn olmayacaq. Axı Allah mərhəmətlidir. Niyə Allah o bəndənin tövbəsini qəbul etməyəcək?
Tövbə imkanı insana bu dünyada verilir. Allah hər kəsə vicdan verib, üstəlik, peyğəmbərlər göndərib, imamlar təyin edib. Alimlər insanlara dini başa salıblar. Kim bunlara məhəl qoymadan günah edibsə və sonra tövbə etməyibsə, artıq öz yolunu seçmiş sayılır və cəzasını da çəkməlidir.
Öləndən sonra heç bir günahı pozmaq, heç bir səhvi düzəltmək imkanı olmayacaq. Quranda dəfələrlə buyurulub ki, günahkarlar öləndən sonra yenidən dirilib həyata qayıtmağı və günahlarını islah etməyi istəyərlər, amma onların xahişi rədd olunar. Əgər Allah bütün günahları bağışlasa, əvvəla, cəhənnəmin mənası qalmaz. İkincisi, yaxşılarla pislərin arasındakı fərq itər. Bu isə ilahi ədalətin pozulması deməkdir.