POPULYARXƏBƏRLƏR

Güclü siyasət, yoxsa siyasətdə güc?!

Bir neçə gündür ki, yerli və xarici kütləvi informasiya vasitələrində Türkiyə və Almaniyada baş vermiş hadisələr işıqlandırılır, müxtəlif prizmadan yanaşılmaqla qiymətləndirilir. Əslində nə baş verir?

İstanbulda Taksim meydanında Gezi (Gəzinti) parkında inşa edilməsi nəzərdə tutulan böyük ticarət mərkəzinə görə çoxlu sayda ağacın kəsilməsinə etiraz əlməti olaraq əhalinin bir qismi oturaq aksiyalara başladı, polis isə etirazçılara qarşı gözyşardıcı qaz və su şırnağından istifadə edib.Bundan sonra polislə qarşıdurma yarandı.

Taksim etirazlarına dəstək olaraq ölkənin demək olar ki, bir çox böyük şəhərlərində etiraz aksiyaları keçirildi. Hadisə nəticəsində 12 nəfər yaralandı, 60-dan çox adam isə həbs edildi.

Almaniyada isə hökumətin və Avropa İttifaqının iqtisadi siyasətinə qarşı etiraz mitinqi keçirilmişdir. Keçirilən mitinqdə də polis yaşlı insanlara qarşı amansızlıqla rəftar etmişdir.

Hər iki hal vətəndaşların hiddətinə səbəb olmuş və demək olar ki, etiraz dalğaları bütün ölkəni bürümüşdür.

Ən maraqlısı odur ki, hər iki ölkənin iqtidar nümayəndələri hadisənin belə bir şəkil almasında müxalifəti günahlandırırlar.

Məsələnin siyasi tərəfini bir kənara qoyaq. Görəsən, polisin bu qədər qəddarlığına səbəb nədir? Yəni təqaüdçülərə və ya adi vətəndaşlara qarşı bu qədər güc tətbiq etmək iqtidar siyasətinin gücünümü əks etdirir, yoxsa sadəcə olaraq, hər hansı münaqişənin öz məcrasına yönəldilməsi üçün irəli çıxa biləcək bir məmur yoxdur?

Özünü demokratik dəyərlər və insan haqları carçısı hesab edən ölkələrdə kütləvi aksiya iştirakçılarına qarşı edilən bu hərəkətlər dünyada təəccüblə qarşılanır. Son zamanlar, ümüumiyyətlə Avropada polis nəzarəti təəssüf doğurur. Dünya ölkələrinə demokratiya ilə bağlı çağırışlar edən bir ölkədə sadə insanların hüquqlarının pozulması nədənsə çox sakit qarşılanır, dövlət isə bütün bunlara haqq qazandırmağa çalışır.

Türkiyədə isə, hər şeydən əlavə islam dini dəyərləri var, ona görə də insani münasibətlərin ən ali sayılması zəruri olmalıdır.

Geosiyasi baxımdan Türkiyə bu gün ən mühüm müttəfiqə çevirilmiş dövlət hesab olunduğu üçün, Amerika Birləşmiş Ştatları toqquşmalara münasibət bildirib və Dövlət Departamenti polisin aksiya iştirakçılarına qarşı hərəkətlərini pisləyib.

Bakıda da Türkiyə səfirliyi qarşısında gənclərin İstanbuldakı etirazlara dəstək aksiyası keçirildi. Aksiya iştirakçıları Ankaranın nümayişçilərə qarşı zorakılığını pisləyiblər.

Bir sözlə, indi yəqin ki, "demokratik" Qərb siyasətçiləri və hökumətləri Almaniyanı yalandan söyəcək, insan hüquqlarının və demokratiyanın tapdalanmasında ittiham edəcəklər. Lakin bizdə belə bir hadisə olsa idi, artıq çoxdan bəyanatlar verilmiş, sorğular göndərilmişdi.

İstər Türkiyədə, istərsə də Almaniyada polis qüvvələrinin hərəkətlərini pisləyən bəyanatlar verilməsə və birtərəfli mövqe tutulsa, bu, "demokratiyanın və azadlığın" bərpası üçün polisin istifadə edə biləcəyi metodlara bəraət qazandıran, "yaşıl işıq"lı bir dəstək kimi qəbul ediləcəkdir.

Bu isə çox qorxulu nəticələrə gətirib çıxara bilər. Deməli, güclü siyasət heç də siyasəti güclə yeritmək demək deyil...

Trend



Yerləşdirilib:8 İyun, 2013  21:30, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 1
Müəllif: Nazim | 8 İyun, 2013  21:38
# Ответить
+2


]]>]]>

Elbetde ki guclu siyaset olmalidir butun proseslerde eks halda dushmehler pusquda duraraq buraxilmish siyasi sehvlerden serfeli silah kimi meharetle istifade edib muselmanlari biri birine qirdirmaqa calishirlar ve oz strateji maraqlarini heyata kecirmek istiyirler hec bir shey xerclemeden.Bunu artiq her kes basha dushub ayiq olmalidir ki dushmenlerimiz hec bir siyasi furset qazanmayib mat qalsinlar.Allah ve Ehli-Beyt bize komek olsun ve her zaman qoruyub hivz elesin Amin,Amin deyen diller var olsun.
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com