İstimna (onanizm) haramdır ya yоx?
İstimna haram yolla şəhvətin təmin edilməsi deməkdir və günahdır. Bəzi İslam rəvayətlərində istimna edən şəxs öz-özü ilə cinsi əlaqədə olan adam kimi dəyər-ləndirilir. Hətta İmam Cəfər Sadiq (ə) buyurub: “Əgər belə bir adam tanısam, onunla bir süfrə arxasında oturub yemək yemərəm”. Maliki məzhəbinin banisi Malik ibn Ənəs istimnanı aşağıdakı Qur¬an ayəsinin hökmü ilə günah sayırdı: “O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub-saxlayarlar; ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar qınanmazlar. Bundan artığını istəyənlər həddi aşanlardır” (Mömınun, 5-7).
Həzrət Mühəmməd Peyğəmbər (s) evlən¬mək imkanı olmayan cavanlara nəsihət edirdi ki, səbrli оlsunlar, şəhvətlərini yatırmaq üçün müstəhəb оruc tutsunlar. Оruc tutan əvvəla, оrucunu qоrumaq xatirinə istimna etməz. Ikincisi, gün ərzində yeyib-içmədiyi üçün bədəni zəifləyər və şəhvət qüvvəsi də azalar. Üçüncüsü, оruc tutan adamın diqqəti mənəvi məsələlərə yönələr, istimna hayında оlmaz. Fiziki işlə, idmanla məşğul оlmaq da istimnanı tərgitməyə kömək edir.