Bəzən qarşı tərəf sən dediyin sözləri və ona çatdırmaq istədiyin mətləbləri anlamayıb ünvanına min bir iftira yağdıranda, düşünürsən ki, kifayətdir. Səbr edib düşünürsən ki, nə vaxtsa o gün gələcək. Allah qismən də olsa pərdələri qaldıracaq, qarşı tərəfdəkilər sənin nə haqqında danışdığını anlayacaq. Kim bilir, bəlkə də artıq həmən o qarşı tərəfin bir qismi üçün “N” günü yetişdi... Meydan TV-nin “Zirzəmi” verilişində Emin Millinin efirdən səsləndirdiyi fikirlər ən azından mürgü vuranları ayıltmalıdır. Verilişə hələ qayıdacağıq. Hələliksə, bir haşiyə.
Biz həmişə dindarların siyasi oyunların iştirakçısına çevrilməsinə, kimlərinsə əlində marionet olmasının əleyhinə çıxış etmişik. İmamlarımızın həyatlarına nəzər salmaq kifayətdir ki, bu mövqeyin təməlinin neçənci əsirdə və kimlər tərəfindən qoyulduğunu anlayaq. Bəli, dindar siyasətlə məşğul ola bilər. Amma müstəqil olmalıdır, qeyri-dindar və qeyri-İslami siyasi hərəkatların oyunlarına qarışmamalı, onların din pərdəsi altında öz məqsədlərinə çatmaları üçün İslam prinsiplərini ayaq altına ataraq ilahi dəyərləri körpü etməməlidir. Bu mövqeyə görə də daim tənqidlərə məruz qalmışıq. Guya biz İslam prinsiplərinin əleyhinəyik. Əsla belə deyil! Bir daha təkrar edək ki, biz islamçıların, dindarların alətə çevrilməsinin əleyhinəyik və son zamanlar dini sahədə mövcud bəzi problemlərdən istifadə edərək siyasi müxalifəti təmsil edən bəzi qüvvələrin dindarları öz tərəfinə çəkmək, onlardan hakimiyyətə gəlmək üçün istifadə etmək cəhdlərinə olduqca mənfi yanaşırıq. Bu məqsədlə müxalifət tərəfindən onlarla həmrəy olmayan din xadimlərini tənqid etmək, gözdən salmaq siyasəti yürüdülür. Təəssüf ki, bir çox dindar qardaşlarımız da bu təsir altına düşüblər, məqsədyönlü təbliğatın qurbanları olublar. Yuxarıda qeyd etdiyimiz və videosunu diqqətinizə çatdırdığımız veriliş haqlı olduğumuzu müəyyən qədər təsdiq edir. Son zamanlar həbsdə olan dindarların az qala “mənəvi qardaşına” çevrilmiş Emin Millinin söhbətini diqqətlə dinləyin. O, məhz təmsil etdiyi qüvvələrin mövqeyini ortaya qoyur: “Mən hesab edirəm ki, insan yetkinlik yaşına çatmayana qədər, yəni məktəbi bitirməyənə qədər, ən azı, hicab taxmaq olmaz… Məktəbi bitirməyənə qədər insan hansı seçimi edə bilər?… 5 yaşında, 10 yaşında uşaq necə qərar verə bilər ki, mən hicabı taxıram, ya taxmıram?... Düşünürəm ki, burda Azərbaycan cəmiyyətinə, dövlətinə uyğun bir orta yol tapılmalıdır. Orta yol da ondan ibarətdir ki, məktəblərdə hicab taxmaq olmaz, çünki insanlar İslamı hələ şüurlu şəkildə qəbul edə bilməzlər bu yaşda, bunu etmək olmaz. Amma yetkinlik yaşına çatandan sonra, universitetə qəbul olunandan sonra insanlar buna özləri qərar versinlər”. Müxalifətlə işbirliyi qurub İslamı “ağ günə” çıxarmaq planları quranlar hələ də haqlı olduqlarını düşünürlər? “Qardaşınız” Emin Millinin söylədikləri Misir Mərdanovun fikirlərindən çoxmu fərqlənir? Bu mövqe kölgəsini qılıncladığınız Sabir Rüstəmxanlı və Tənzilə Rüstəmxanlının mövqeyi ilə eyni deyilmi? Amma, bu hələ son deyil. Baxın, hər dəfə hicab qadağasından söz düşəndə ən tutarlı arqumentlərimizdən biri də Konstitusiyada, qanunlarda hicabın yasaqlanmadığıdır. Bəs Emin Milli bu barədə nə deyir: “Uşağa da müəyyən qadağalar qoyursan, haqlarımızda da qanunla müəyyən məhdudiyyətlər var. Bu məsələdə də müəyyən məhdudiyyət olmalıdır: məktəbdə hicab olmaz, universitetdə olar.” Verilişin digər iştirakçısı Həbib Müntəzir etiraz edir: “Qanunda belə bir şey yoxdur”. Emin Millinin cavabı: “Bu qanuni şəkildə həll olunmalıdır”. Hə, əcəbdir. Bu barədə nə düşünək indi? Bunlarla birləşəkmi? Kİmsə deyə bilər ki, “eşşəyi min, ata çatana qədər” prinsipi ilə davranaq, siyasət işlədək və məqsədimizə yetişəndən sonra müxalifətin “qulağını buracağıq”. Hə? Ay-hay! Necə deyərlər, “getdim onu tutmağa, o məni tutmuş idi”!
Bu yazını oxuyub dərhal klaviaturanı qarşısına çəkib yeni fayl açaraq bizə “cavab” yazmağa başlayanlarla, kimlərinsə “müqəddəs” olub səhv etmək ehtimallarının “sıfıra” bərabər olduğunu “sübut etməyə” can atanlarla işimiz yox. Zatən məqsədimiz də onlar deyil əzəldən. Sözümüz tora düşən saf dindarlaradır: sadəcə öz beyninizə bir qədər zəhmət verin, imamların həyatlarını azacıq analiz edin, sonra da təqdim olunan videoya bir daha baxın. Nəticəni özünüz çıxarın.
Sonda onu deyək ki, siyasətlə məşğul olmaq və hansısa siyasi hərəkatı, partiyanı dəstəkləmək hər kəsin öz işi və öz haqqıdır. Amma dini və dindarları buna alət etmək həm dinə, həm dindarlara xəyanətdir. Bizim müxalifətə, bu yolda olan siyasi qüvvələrə heç bir ciddi iradımız yoxdur: onlar öz işlərini görür, dindarları öz tərəflərinə çəkmək üçün çalışır və bu zaman hansı vasitələrdən istifadə etmələri də sırf şəxsi işləridir. Zatən onların dinə baxışları, bu sahədə tutduqları mövqe 20 ildir ki, göz önündədir. Bizim iradımız özlərini “bəsirət sahibi”, “din mücahidi”, “mübariz ruhani” hesab edənlərin onların tələsinə düşmələri və dindarları da bu tələyə çağırmalarıdır.
İndi isə videoya baxın. Baxın və o günü gözünüzün önünə gətirin ki, Misir Mərdanovlu günlərə şükür edib ölənlərinə sidq ürəkdən rəhmət oxuyacaqsınız.
Salam aleykum.Evvela emin olmur kim olur olsun Yaradan Allahin qanunlarina mudaxile edib oz dini esasi olmayan fikirleri ile qanun qayda qoymaqa ne ixtiyari nede ki haqqi yoxdur.Ikincizi ise emin onun ozunu yaradan Allaha hicab baresinde qoyduqu qanuna oz fikirleri ile meslehet vermesi guluncdur belke o cashib ozunu Allahdan elmli ve bilikli hesab edir?Altay ise gucene gucene el qollarini oynada oynada hicab probleminin helli yollarinin tapilmasi evezine sohbeti firlatdi evlenmeye ozudeki meqsedli shekilde mezheb meselesin soxdu haqq hesaba ki guya bu islami hamidan cox bilir ve hamidan aqillidir.Butun dunyanin qebul etdiyi boyuk Islam Alimleri qalib bir yanda gor kimler islam dininin qanunlarina yol gosterirler, daqil ey dunya.
Teeccub etmirem. Emin milli dindarlari oz terefine chekmek uchun 1-2 xod eledi, dindarlara xosh gelen soz dedi, derhal Amerika bunun qulaqini burdu ki, a gede, ne danishirsan orda, bosh bosh ne qirildadirsan, pulunu keserik senin. Bu da o saat chixdi efire "qelet elemishem" demeye.
Bəli, heç kəs alət olmamalıdır. Amma indiyə kimi, heç bir ruhani nə Əri Kərimlinin, nə də Emin Millinin atasının qəbri üstünə getməyib. Heç vaxt onları tərifləməyib, sadəcə deyib ki, həqiqətən zülmlə mübarizə edənlər: müxalifət və ya qeyri müxalifət birləşib bunu etsinlər. Tənzilə, Sabir və Emin Milli hicaba düşməndirlər, hicab müdafiəçiləri də onlarla da mübarizə edir. Bir dəlil gətirin ki,bir hicab müdafiəçisi Emin Millini tərif edən bir şey deyib. Mən heç kimi təhqir etmək fikrim yoxdur. Bəli, heç bir insan alət olmasın. Təriflənən şəxs olub bir zaman birinə müaviyə, oğluna yezid deyib, sonra özü muaviyə dediyinin qəbri üstə gedib, oğluna yezid dediyinin dediklərilə oturub durmağa başlayıb. Allah aqibətimizi xeyir etsin.
Faiq, qardaşım, heç kimin atasını tərif etmək, qəbirinin üstünə getmək lazım deyil. Bu şərt də deyil. Bu gün müxalifətlə birləşmək şağırışı var. Həmən müxalifətin bariz nümunəsi də Emin Milldir. Məgər bir cəbhədə olanların hamısı birbirinin atasının qəbrini ziyarət edir? Buna ehtiyac yoxdu. Yetər ki eyni formanı geyinib meydana atılsın. MÜxalifət bilir neyniyir. Nə vaxt dindarları cəlb eləmək lazımdı, nə vaxt uzaqlaşdırmaq. Kimin nə etmək istədiyini, nə dediyini isə Allaha buraxaq.
Guya muxalifetle qardash olanlar bilmir de bunlarin ich uzunu. Milli ne yuvanin qushudu bilirlerdi. Biz bilmirdik. Ama indi biz de gorduk. Allaha qurban olum, achdi tokdu bunlarin zibilini. Indi yeqin ozleri de metel qaliblar neter oldu bele sehv eledik hicaba nifretimizden xeber tutdular
Ay qardas sen ele danisdin ki ele bil senin rehberin bu hicaba qadaganin eleyhinedir. Kisi olun Emin Millini tenqid edende 1 defe de olsun Misir Merdanovu, Ramiz Mehdiyevi, Ilham Aliyevin hicabla qerezliyinden yazinda. Muxalifeti hami yaxsi taniyir. Sizi de xalq cox yaxsi taniyir. Ozunuzu cox agilli gorursunuz ve bu da sizi tezlikle rusvay edecek. Allah sizi qiyametde terefini tutdugunuz zalimlarla mehshur elesin. Ovladlarinizi rayonlara gonderirsiniz ki orada hicabla tehsil alsin. Hicabi qadagan edenleri tenqid etmeyib de Emin Milli kimi deyersiz insanlari tenqitki edirsiniz, yazigim gelir size. Insan ac olar - kisi olar. Borclarinizi qaytarmaq ucun kisiliyini elinizden vermeyin. Yazigsiniz. Qiyametde bunun cavabini nece vereceksiniz ay ramizsifetler
Bele gorunur ki, siz bu sayta yalniz muxalifetden kimse dine munasibetine gore tenqid olunandan olunana girirsiz, bu da ki, tez tez olmur. Mutemadi daxil olsa idiniz dediyiniz tenqidlerin de shahidi olardiz. Ona gore de edaletsiz nifretinize gore siz ozunuzun qiyametdeki aqibetiniz haqda dushunse idiniz, size de, cemiyyete de daha xeyirli oLardi.
Nə düşmüsüz bu Eminin üstünə? Düz deyir. Balaca qız nə qanır hicab nədi? Müxalifətə dəstək verən dindarları da sakit buraxın. Onlar bilirlər kimin yanında olmaq lazımdı. Emin Milli dindarları aldatmaq istəsəydi öz FB səhifəsində belə yazmazdı: "Görəsən Ayətullah Xamneyinin karikaturasını çəkən insanın İranda və Səudiyyə kralının karikaturasını çəkən insanın Səudiyyə Krallığında aqibətləri necə olardı? Bu barədə düşünmüsüz? Düşünün."
birincisi Emindi kimdi tanimiram da kimdiki hicaba qadaga qoyur?ona bu ixtiyari kim vermisdir.meger o Allahdan ustundurmu?yaxsi deyek ki 5-6 yasli usaq hicabi basa dusmur amma 11-12 yasdan sonraki usaqlar ki basa dusur onda niye hec onlarada icaze verilmir?11ci sinifde oxuyanlarda usaqdirmi?bu cox gulmelidir.gor kim bizim hicabimiza soz deyir deyire.Kerbeladaki zulmi hec kim gormeyib.bacisinin gozu qarsisinda qardasa ne zulmler edibler.Eger Xanim Zeyneb(e) o dovrde Kerbelada hicabini acmayibsa,ismetini qoruyubsa men niye Emin kimilerin qarsisinda hicabimi acmaliyam?uzaqbasi mektebden cixardacaqlar cixartsinlar.onsuzda mektebde ancaq hicablilar oxuyur.o biri bezi qizlarin baslari basqa seylere qarisib.AGACAN BU GUN SENIN ANANIN EMANETI OLAN HICABA QARSI CIXIRLAR ANAM ZEHRAYA XAHIR ZUHUR ELE
Emin kimilər, Abgül, Tale kimilər əl-ələ verib böyük qüvvəyə çevrilirlər deyə qorxursuz. Bunu açıq deyin. Hicabın necə olacağını da onlar sonra öz aralarında həll edəcəklər, siz narahat olmayın. Emin və müxalifət demokratdılar, xalq necə istəyəcək elə də olacaq.
Musahibe verenler icerisinde oglanlar duz dediler neinki o qiz.O qizin fikrinde sizde bagislayin hami cilpaq gezmelidir.ne olardi ki orda bir hicablidan da musahibe alardilar.eybi yox biz helede sebr edirek Allah gorur.Allah Ozu onlarin cezasini verer inseallah
Ay Zaur!!!! Ay Zaur!! Sen deyesen ele hemin "ay zaur"un tayisan. Senin dediyine cavabi ele bu yazida veribler. "Getdim onu tutmaqa..." Sizin kimilerin imkanni olsa, dini umumen cemiyyetden tecrid edersiz.
Deyesen burada anlashilmazliqlar yaranib,men mumkun qeder calishacam ki burada bu gerginliyi aradan qaldirim.Burda sherh yazanlarin hamisinin mumin olduqu aydindir sadece her kesin oz noqteyi nezeri var fikir ayriliqida normaldir ve bu cox yaxshi gistericidir,ezemetli muctehidlerimizden olan Xameneyi Aqada fikir ferqliliyin xususen cavanlarimiz arasinda olmasini musbet qiymetlendirib.Men shexsen Haci Abgulunde, Talehinde ve diger deyerli ilahiyatci qardashlarimizin xertrin cox istiyirem ve onlarin zindanlarda olmasi menide uzur, onlar xalqimizin shucaetli evladlarindandir bu saytdada onlarin movqeylerinin saf niyetli olduqunu bildirmishem istifade edenler bilir.Biz calishmaliyiq ki hamimiz Azerbaycan adi altinda Abgullu Talehli,iqtidarli muxalifetli birlesib cemiyetimizde olan neqativ hallari bacariqla aradan qaldiraq.
Aziz qardash ve bacilar ferq etmez iqtidardir ya muxalifet,saytin ishcisidir ya istifadecisi sizden artiq derecede xahish edirem haqq sozu desteklediyimiz kimi nahaq sozede susmamaqimizi yaqin ki qebul edersiniz.Emin nahaq fikir bildirib etirazda qazanib Altayda hemcinin,onlardan savayida Haci ilqar kimi ictimayi simalarda fikir bildirib etirazda qazanmayiblar.Geliniz ele indi ele bu andan butun qerez ve edaveti ataq qiraqa ve ortaq mexrece qelerek mehribancasina birleshib iqtidarli muxalifetli yumruq kimi toparlanib ister daxili ister xarici dushmenlerimize muselmanliqin vehdetini numayish etdirek.Elbetde ki hem muxalifetde hemde iqtidarda dinimizi,xalqimizi,vetenimizi seven deyerli evladlarimiz coxdur ve biz calishmaliyiq ki xalqimizin deyerli numayendeleri dinimizin eyniyle vetenimizin namine bir olsunlarki hem islamin hemde ki xalqimizin dishmenlerine daxilimizdeki parcalanmadan istifade etmesine zerre qeder bele furset vermeyek.Vesselamu aleykum ve rehmetullahi ve berekatu.
Eybi yoxdur qardas, bu olunanlarin hamisi zuhurun elametleridir. Zuhurdan sonra bu cur shirk ve Islami qadagalar aradan gecek insAllah. Allah Imam Zaman agamizi bizlere tezlikce tez tecil etsin insAllah.