Şəhərdə bir dilənçi dünyasını dəyişir. Bu yoxsul şəhərin özünəməxsus rəmzinə çevrilmişdir: 40 il ərzində bir yerdə dayanaraq dilənmişdi.
Bunu nəzərə alan şəhər əhli dilənçini elə həmən yerdə dəfn etmək qərarına gəldi. Amma məzarı yenicə qazmağa başlamışdılar ki, böyük bir dəfinə tapdılar. Şəhər əhli bunda ilahi bir məntiq gördülər:
- İşə bir bax! Bu yoxsul 40 il dəfinə üzərində dayanıbmış! O isə hey dilənirdi. Həqiqətən də, Allah böyükdür!
Kim bilir, bəlkə bizim də ayaqlarımız altında dəfinə yox, dəfinələr gizlənib?