POPULYARXƏBƏRLƏR

Azərbaycanın din xadimləri cavab verir: “cihada” gedək, yoxsa...?

Son günlər mətbuatda azərbaycanlıların Suriyadakı döyüşlərdə iştiraklarına dair faktlar yayılıb. Suriyada əlində silah vuruşanlar bunu cihad, müsəlmanların müdafiəsi kimi təqdim edirlər. Onların hazırda Azərbaycanda olan bəzi yaxınları da belə düşünür. Bir nümunə kimi Zaqataladan hazırlanan və yerli telekanalların birində efirə gedən süjeti göstərmək olar. Bəs İslam bu məsələyə necə baxır? Belə bir sualla ölkəmizin bir sıra din xadimlərinə müraciət etdik.

 

Hacı İbrahim İbrahimov (Zaqatala şəhər məscidi dini icmasının sədri, QMİ-nin Zaqatala bölgə qazisi):

- Mən də onların müraciətinin videosunu izlədim. Bir nəfər Azərbaycan dilində cihada səsləyir. Həccə gedərkən Səudiyyə Ərəbistanı hökuməti qadınlardan tələb edir ki, yanlarında mütləq məhrəmləri olsun. Amma bunlar hətta “bacıları” da cihada dəvət etdilər. Özü də deyirlər ki, yanlarında Səudiyyədən olan alimlər var. Burda uzlaşma görürsünüzmü? Bu, baş verənləri dəyərləndirmək üçün kifayətdir. Kim belə fətva verib, hansı ayələrlə bunu əsaslandırıblar – bilmirəm. Belə cihad olmaz. Bizim üçün cihad ermənilərlə vuruşsaq olar.

Hacı Mirhəmid Məmmədov (Gileyli məscidinin imam-cüməsi):

- “Cihad” sözü Peyğəmbər (s) və məsumların dövrünə aid olan bir sözdür. Var ibtidai cihad, məsumların dövrünə aiddir və hansısa ərazilərin kafirlərdən təmizlənməsini nəzərdə tutur. Bir da var müdafiə xarakterli cihad. Bu da öz torpaqlarını, namusunu, əmlakını və s. qeyri-müsəlmanların, kafirlərin, işğalçıların təcavüzündən qorumaq. Birinci növ cihada qayıdaraq deyim ki, bu müharibələr Peyğəmbərin (s), daha sonra isə xilafət dönəmində bir qayda olaraq bütpərəstlərə qarşı olub. Yeganə istisna Müaviyyə dövrünə aiddir ki, buna da səbəb onun qanuni xəlifəyə tabe olmaması ilə bağlı idi. Mövzuya qayıdaraq qeyd edim ki, cihad kafirlərin müsəlmanlara təcavüzünün qarşısını almaq üçün mümkündür. Lakin müsəlman torpaqlarına gedərək “La ilahə illəllah” deyənləri qətlə yetirmək cihad sayıla bilməz. Bu gün Suriyadakı savaş müsəlman ərazisində və müsəlmanlar arasındadır. Kimin haqlı, kimin isə batil olması başqa məsələdir, bunu siyasətçilər bilir. Bu fitnəni dayandırmaq daha yaxşı olardı. Amma biz nə görürük? Cihad adı altında körpələr, qocalar öldürülür, şəhərlər viran edilir. Suriyanın baş müftisi Quran təfsirindən moizə etdiyi zaman məsciddə qətlə yetirilir. Bunun nəyi cihaddır? Cihad o zaman olar ki, bir kafir hücum edə, müsəlmanların namusuna təhlükə yarana, müsəlman da əlində silah müdafiəyə qalxa. Yəni belə bir durumda Suriyada vuruşmağa cihad donu geyindirmək nə şəriət, nə də əqli baxımdan düzgün deyil. Bu gün Myanmada müsəlmanları qanına qəltan edirlər.  Ancaq  onlara bir söz deyən yoxdur, buna cürət tapmırlar. Əvəzində Suriyada müsəlmanları qətlə yetirirlər. Özü də vəhşicəsinə. Öldürdükləri müsəlman əsgərin qarnını yarıb ürəyini yeyirlər. Bu necə İslamdır? Müsəlman müsəlmana qarşı belə bir vəhşilik etməməlidir. Bunu Hind, Əbu Süfyanın həyat yoldaşı Peyğəmbərin (s) əmisinə edib. Ancaq o bütpərəst idi. Digər tərəfdən, cihadı ancaq Peyğəmbər (s), ya da onun məsum davamçısı elan edə bilər. Bunu nə müctəhid, nə də din başçısı edə bilməz. Burda kafirlərə qarşı hücum məsələsi, yəni ibtidai cihad nəzərdə tutulur. Müdafiə cihadında isə dini rəhbərin fətvasına ehtiyac duyulmur. Lakin aydın məsələdir ki, Suriyada heç bir müdafiə cihadından söhbət gedə bilməz.

Hacı Şahin Həsənli (Məşədi Dadaş məscidinin imam-cüməsi):

- Suriya məsələsi Suriya xalqının öz iradəsi ilə həll olunmalıdır. Ölkədə hansısa sahədə problem varsa, bunu xalq və hökumət aradan qaldırmalıdır. Məsələyə kənar müdaxilə yolverilməzdir. Qəribədir ki, demokratiyadan danışan bəzi qüvvələr radikal qruplaşmaları silahlandırırlar və hökumət qüvvələrinə qarşı döyüşə təhrik edirlər. Dünyanın hər yerindən də radikal təfəkkürlü insanlar ora axışmaqdadır. Çox təəssüf edirəm ki, azərbaycanlılar da orda döyüşlərdə iştirak edirlər, Azərbaycandakı inanclıları da onlara qoşulmağa çağırırlar, bunu “müqəddəs cihad” elan edirlər. Bu, insanların dini hissləri ilə manipulyasiya etməkdən savayı bir şey deyil. Orda hər hansı cihaddan söhbət gedə bilməz. Quranda “sizinlə vuruşanlarla siz də vuruşun” hökmü var. Amma bu da müsəlmanlara qarşı təcavüzə aiddir. Azərbaycanın öz torpaqları işğal altındadır. Ərazisi işğal olan xalqın övladlarının başqa dövlətdə hakimiyyətə qarşı müəyyən qruplaşmalar tərkibində döyüşdə iştirakı düzgün deyil, nə dini, nə də başqa meyarla. Kiminsə təhriki ilə döyüşmək və bunun adını cihad qoymaq yolverilməzdir. Bu məsələyə ağılla, məntiqlə yanaşmaq lazımdır. Kiminsə əlində alətə çevrilmək olmaz. Ən təhlükəlisi isə buna din donunun geyindirilməsidir. Tarix boyu bu təfəkkürə malik insanlardan kimlərsə öz məqsədləri üçün istifadə edib. Buna görə də İslam ardıcıllarını ağıla, məntiqə dəvət edir. İslam Peyğəmbəri buyurub ki, elmi olmayan abidlər, cahil dindarlar belimi sındırdı. Yəni dindar savadsız olacaqsa səhv nəticələr çıxaracaq və səhv addımlar atacaq. Bunu da Suriyadakı hadisələrdə əyani şəkildə görürük.

Hacı Hudul Dadalov ( Zaqatala rayonu Dombabinə kənd məscidinin imamı və icma sədri):

- Belə hərəkət etməyə heç birimizin haqqı yoxdur. Çünki cihad lazımdırsa ilk növbədə öz dövlətimizdə etməliyik. Dövlətimiz cihad elan etməyibsə, biz də etməməliyik. İslamda cihad dövlət başçısının əmri ilə olur. Elə kimin ağlına gəldi durub gedib cihad etsin – bu düzgün deyil. Cihad ölkə ərazisində, dövlət başçısı ilə olar. Suriyadakı azərbaycanlılar isə sadəcə döyüşməyə gediblər. Buna cihad demək olmaz.

Hacı Ceyhun Rüstəmov (İlahiyyat məscidinin imamı):

- İslamın hökmlərində cihad var. Amma cihadın şərtləri var: cihada kim fətva verir, cihada kim çağırır. Elə kim istədi harada istədi cihad edə bilməz. Cihada göstərişi birbaşa dövlət başçısı verməlidir. Bu dövlət səviyyəsində olmalıdır. Fətva ölkənin dini həyatını idarə edən alimlərə aid olmalıdır. Yəni bir misal olaraq Azərbaycanı göstərim. Burda dini məsələləri Qafqaz Müsəlmanları İdarəsi tənzimləyir. Bu baxımdan da fətvanı QMİ sədri Hacı Allahşükür Paşazadə versə - başqa məsələ. Ya da ki, müharibə şəraitində olan Azərbaycanın dövlət başçısı xalqa müraciət edib cihada, torpaqlarımızın azad olunması üçün müqəddəs müharibəyə çağıra bilər. Dini rəhbərlər də bunu təsdiqləyir və bu müharibə cihad sayılır. Yoxsa kimsə hansısa məsciddə bir dəstə toplasın, döyüşə getsin, bunu cihad elan etsin – bu batildir, bu cihad sayıla bilməz.  Hətta cihada çıxarkən evdə qalanları, uşaqları da düşünməlisən. İndi bəzi qardaşlar arvad-uşağını atıb ki, mən cihada gedirəm. Bu da yolverilməzdir. Peyğəmbərimiz (s) kişiləri cihada apararkən bir qrupunu saxladı ki, qadınların, uşaqların yanında qalsın, onları himayə etsin. Yəni İslamda cihad var, amma onun şərtləri var, onu hər yerindən duran elan edə bilməz.

İslam.az


 



Yerləşdirilib:14 May, 2013  23:11, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 2
Müəllif: Nazim | 14 May, 2013  20:54
# Ответить
+3


]]>]]>

Ay qardashlar bu aciq ashkar islam dushmenlerinin oyunlaridir muselmanlari biri birine qirdirib rahat gelib islam olkelerin ishqal etsinler daha bunu korpe ushaqda basha dushur,o videoda hemen vehabi ashkar etiraf edir ki bizim bir cox qardashlarimiz buradan qayidib Azerbaycana deyirle ki bu Rusiyayla Amerikanin savashidir,daha ozleri bu eirafi edirlerse burda aydin olmayan ne var ki?Onlar gedib yerindece veziyetin cihad deyilde meyyen quvvelerin oyunu olduqunu oz gozleri ile gorub peshman olub qayidiblar geri bu etiraf her sheyi aydin bildirir vesselam.
Müəllif: Taleh | 16 May, 2013  15:01
# Ответить
+3


]]>]]>

Bu cihad deyil sadece vehabilerin eline sans dusub istifade edirler.{ALLAH muselmanlara zulm edenlere lenet etsin
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com