“Azərbaycanlılar bir-birlərinə güllə atırlar” sərlövhəli yazının mediaforum.az saytında yer almasına bəlkə də diqqət yetirməzdik. Amma məqalənin müəllifinin bəzi fikirləri məmləkətimiz üçün, necə deyərlər, strateji baxımdan təhlükəlidir.
Əvvəla, yazının işıq üzü gördüyü məqam olduqca maraqlıdır. Bir gün öncə Suriyada döyüşən azərbaycanlı vəhabilərin həmvətənlərini onların “cihadına” qoğulmağa dəvət edən videoçağırış İnternet məkanında yayıldı. Bu da müəyyən mənada bir daha “sələfi-vəhhabilərin” çoxdandı malalanaraq qorunan yırtıq maskasının yamaqlarını qopardı. Bundan əvvəl isə yenə də internet məkanında Suriyada vəhhabi deyilən qruplaşmalar tərkibində döyüşərək öldürülmüş 30-a qədər azərbaycanlının fotoları yayılmışdı. Məhz bu müraciəti sətiraltı əlində bayraq edən müəllif guya Suriyada azərbaycanlıların qarşı-qarşıya gəldiyini iddia edir. Hərçənd, sərəncamında əks tərəfdə azərbaycanlıların döyüşdüyü barədə heç bir faktı yoxdur. Fakt budur ki, Suriyada terrorçu qruplaşmaların sıralarında vəhabilər vuruşur. Ancaq maraqlıdır ki, müəllif yazısında heç bir dəfə də olsun nə “vəhhabi”, nə də “sələfi” ifadəsinə rast gəlmirik. Əvəzində müəllif Suriya hadisələrini şiə-sünni qarşıdurması kimi qələmə verir: “Hakimiyyətdəki şiə döyüşçülər ələ keçirdikləri kənd və qəsəbələri xarabazara çevirir, qətliamlar törədir, müxalif sünni qruplar da eyni yolla bunun intiqamını almağa çalışırlar”. Burda iki variant ağıla gəlir. Birincisi, müəllif Suriyadakı durum haqqında ancaq Qərb mediasından məlumat toplayır, nə əvvəllər, nə də münaqişə başlayandan sonra Suriyadakı durumla dərindən maraqlanmayıb. İkincisi isə, bu məqaləni sifariş edənə Suriyadakı müharibəni sırf sünni-şiə toqquşması kimi qələmə vermək lazımdır. Təbii ki, yazıdan gətirdiyimiz sitat tam absurddur. Bunu anlamaq üçünsə xüsusi siyasi, etnik və ya tarixi araşdırmalara heç bir ehtiyac yoxdur. Sadəcə olaraq indi nəzərinizə çatdırcağımız statistikaya diqqət yetirmək kifayətdir. Suriya əhalisinin 86%-i müsəlman, 10%-i xristianlardır. Müsəlmanların 82%-i isə sünnilərdir. Yerdə qalan 18%-ə ələvilər, ismayililər və şiələr daxildirlər. Daha bir fakt: münaqişə alovlanandan öncə Suriyanın 26 nazir postundan 21-ni məhz sünnilər tuturdu. Amma nə sünni əhalinin, nə də sünni nazirlərin çoxluğu Suriyada məhz sünni diktaturası olmasına dəlalət etmir. Ara qarışana qədər bütün dinlərin və konfessiyaların ardıcılları bu torpaqlarda sülh və əminamanlıq içində yaşayırdılar. Kimsə də qonşusuna güllə atmırdı. İndi, bu rəqəmlərə və faktlara nəzər saldıqdan sonra həmin məqalədəki ifadəni bir daha xatırlayaq: “Hakimiyyətdəki şiə döyüşçülər ələ keçirdikləri kənd və qəsəbələri xarabazara çevirir, qətliamlar törədir, müxalif sünni qruplar da eyni yolla bunun intiqamını almağa çalışırlar”.
Bu sözlərin məhz dünənki videodan sonra yazılması faktının fonunda adını çəkdiyimiz məqalə tipli yazıların bir məqsədlə yazıldığı ağla gəlir – vəhhabilərin növbəti dəfə korlanan imiclərini qorumaq, bu reallığı malalamaq, onların Suriyada döyüşməsi faktına bəraət qazandırmaq. Bu məqsədlə də düşmənlərin qızışdırdığı məzhəblərarası münaqişə ocağına bir az da odun atmaq, bəlkə də, hətta bu odun istisinin Azərbaycanda da hiss olunmasına nail olmaq.
Biz sadəcə ümid edirik ki, müəllif bunu özü başa düşmədən, kiminsə təsiri ilə edib. Amma alınan nəticə məhz qeyd etdiyimiz olacaq.
P.S. Suriyada həqiqətən müharibə gedir. Həqiqətən cəbhə xətti var. Amma bu müharibə sünni və şiə müharibəsi deyil. Bu müharibə region uğrunda yerli və ətrafdan gələn qlobal güclərin müharibəsidir. Səngərlər sünni və şiələr üzrə bölünmür. Amma müharibənin məhz bu cür görünməsinə və bu cür müharibəyə çevrilməsinə səylə çalışan qüvvələr var.
Salam aleykum.Butun dunya muselmanlarina buradan seslenib muraciet edirem:Eziz muselmanlar artiq biz hamimiz yeqin etmishik ki Islam dushmenleri sunni shiye meslesin qabardaraq biz muselmanlari biri birimize qirdirirlar bunu butun dunyada geden prosesler aydin subut edir,artiq ayilib sunnuli shiyeli birleshib bele menfur unsurlere qarshi aqilnan mubarize aparmaliyiq,sunnide shiyede bur birlerine qardashdirlar cunki muselmandirlar bu birmenalidir lakin dushmenler bunu menfi suretde qabardaraq meharetle biz muselmanlara qarshi en serfeli silah kimi istifade edirler,birleshmeliyik ve muselmanlarin en ali ve guclu sivilizasiya olduqunu butun dunyaya subut etmeliyik.Allah bize komek olsun Amuin.Sunnili shiyeli Amin deyen diller var olsun.
Men hemiwe demiwem sunni wie qardawdir. ne zaman ki sunni wie birlewib qardaw olmaq isdiyir bu vahabiler girir ortaligi qariwdirir hemiwe. vahabiler xristian eqidesine qulluq eden teriqetdi. cemi 400 il omru olan teriqetden ne gozdemey olar ki?.. bu gunku ekser genclerimizi yoldan cixardiblar tamamile. Allah olari haqq yola getirsin inwAllah.
Sie ve sunne qardasdilaq arani vuran oqras selefilerdi onlarin kitabinda yaxilirki sie qani halaldi yalansa ALLAH siIn belavizi versin ay oqraslar . Yenede deyirem sunne sie qardasdi xahis edirem hec birini ayirmayin