Bir abid səhərə qədər böyük məbləğdə borcunu qaytarmalı idi, lakin pulu yox idi. Alimin şagirdləri çox narahat oldular, pulu necə əldə etmək haqqında fərziyyələrəirəli sürdülər. Amma ustad çox sakit idi, aramlığını heç pozmurdu. O, bir vərəq götürərək, pulun əldə olunmasının 25 mümkün variantını yazdı və bu barədə tələbələrinə bildirərək, vərəqi cibinə qoydu. Sonra isə daha bir vərəq götürdü və nə isə qeyd etdi.
Günəş doğana qədər abidin problemi həll olundu. Tələbələr alimin yazdığı 25 variantı oxusalar da, pulun həqiqətən də əldə olunan variantını tapa bilmədilər. Bu zaman ustad digər vərəqi onlara uzatdı. Orda isə yazılmışdı: “Allahın mənim məsləhətlərimə ehtiyacı yoxdur”.
Məntiq: Bu hadisə Allaha təvəkkülün gözəl nümunəsidir. Sözdə deyil, əməldə təvəkkül etmək. Hamımıza belə müdriklik və iman diləyi ilə...