POPULYARXƏBƏRLƏR

Şeyx Əhməd Təmim: “Ukraynada hicab problemi yoxdur”

Bugünkü həmsöhbətimiz Ukrayna Müsəlmanları Ruhani İdarəsinin (UMRİ) sədri, Ukraynanın müftisi şeyx Əhməd Təmimdir.

 

- UMRİ-nin fəaliyyəti haqqında məlumat verərdiniz...

- Ukrayna müsəlmanları MDB-nin digər ölkələrinin müsəlmanlarından həmişə fərqləniblər. Ukrayna Avropanın mərkəzində yerləşir, əhalisinin əksəriyyəti də qeyri-müsəlmanlardır. Amma burda yaşayan müsəlmanlar da fərqlənirlər, onlar müxtəlif millətlərin nümayəndələridirlər. Buna rəğmən, müsəlmanlar UMRİ ətrafında sız birləşiblər, vəhdət yaradıblar. UMRİ 1992-ci ildə hüquqi şəxs kimi qeydiyyata alınıb. Ötən illər ərzində bütün din və mədəniyyətlərin nümayəndələri ilə sıx dialoq və əməkdaşlıq yaratmağa çalışır. Biz milli mənsubiyyətə görə heç bir fərq qoymuruq. Elə bu da ciddi uğurlar qazanmağımıza yardım edir. Ukraynada təqribən 2 milyon müsəlman yaşayır, onlardan 60 mini paytaxtdadır. Demək olar ki, ölkə əhalisinin 4%-dən çoxu müsəlmanlardır.

- Ukrayna müsəlmanları hansı problemlərlə üzləşirlər?

- Əlbəttə ki, müəyyən problemlər var. Digər ölkələrdə olduğu kimi. Amma biz dövlət orqanları və digər konfessiya nümayəndələri ilə bu çətinlikləri aradan qaldırmağa, müsəlmanların şərəf və ləyaqətini qorumağa, təxribatlara yol verməməyə çalışırıq. Əsas problemlərdən biri islam şüarları altında dinin siyasiləşdirilməsidir. Müəyyən qruplaşmalar İslam haqqında yanlış məlumatlar yayır, zərərli ədəbiyyat paylayırlar. Digər problem isə, Ukrayna qanunvericiliyindəki boşluqlardır. Bəzi qüvvələr də bundan yararlanmağa çalışırlar. Lakin biz ekstremistlərə, xüsusən də vəhabilərə, hizbu-təhrir, camaat-əl-islamiyəyə qarşı sərt mövqe tutmuşuq. Başqa problemlərimiz də olur. Amma biz vəziyyəti sabitləşdirməyə çalışırıq. Bunun üçün ən təsirli vasitə isə KİV-dir.

- Hicabla bağlı vəziyyət necədir?

- Ukraynada  belə bir problem yoxdur. Cəmiyyətin bütün təbəqələrində təfəkkürün saflaşdırılması insanlara hicaba hörmətlə yanaşmağa imkan verdi.

- Sizin cavablarınızdan belə anlaşılır ki, Ukrayna müsəlmanlarının heç bir ciddi problemi yoxdur...

- UMRİ müsəlman hərbiçilərlə bağlı Müdafiə Nazirliyi ilə memorandum imzalayıb. Sənədə əsasən müsəlmanların kitablara olan tələbatı ödənilir, onlara cümə və bayram namazlarında iştirak etməyə icazə verilir. Eyni zamanda biz Səhiyyə Nazirliyi, Nazirlər Kabineti ilə də sıx əməkdaşlıq edirik. Tezliklə DİN-lə islamofobiya və ksenofobiya ilə mübarizəyə dair sənəd imzalayacağıq.

- Dekabrın sonlarında Bakıda DQİDK-nin təşkilatçılığı ilə “Dövlət və din: dəyişən dünyada tolerantlığın güclənməsi” beynəlxalq konfrans keçirildi. Konfransın yekunlarına dair xüsusi Bakı platforması qəbul edildi...

- Biz bu konfransa dəvət almamışdıq. Amma tədbirə qatılmağı çox istərdik. Hesab edirəm ki, konfransın mövzusu olduqca aktualdır. Biz bilirik ki, Azərbaycan xalqı hamı ilə gözəl əlaqələr yaratmağa qadir bir xalqdır.

- Dini ədəbiyyatın yayılması ilə bağlı vəziyyət necədir?

- Artıq 1991-ci ildən etibarən ölkədə dini ədəbiyyatın yayılmasına görə məsuliyyəti öz üzərimizə götürmüşük. Biz daim ekstremist xarakterli ədəbiyyatla mübarizə aparırıq. Bunun üçün televiziya verilişləri və bizim “Minarə” qəzetimiz vasitəsi ilə maarifləndirmə işləri aparırıq. Biz əhli-sünnə vəl-cəmaaya məxsusuq. Biz həm şafi, həm də hənəfi məzhəblərinin biliklərini təbliğ edirik. Eyni zamanda Əhməd ibn Həmbəl, İmam Malik, İmam Cəfər Sadiqin (ə) kəlamları haqqında da məlumatlar veririk. Ən əsası odur ki, müsəlmanlar dinimizin məqbul hesab etdiyi seçimi etsinlər, ifrata varmasınlar. Odur ki, qapılarımız həm çünnilər, həm də şiələr üçün açıqdır.

 

Fərdin İsazadə, islam.az


 



Yerləşdirilib:11 Aprel, 2013  16:32, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 1
Müəllif: Ruqeyye | 11 Aprel, 2013  12:16
# Ответить
+1


]]>]]>

Melumata gore tesekkur edirem
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com