İmam Sadiq (ə) buyurub:
“Kim “Saffat” surəsini hər cümə günü oxusa, bütün bəlalardan uzaq olar və ona yaxşı ruzi yetişər, Allah şeytanlar və zalımları onun malına, canına və ailəsinə heç bir zərər yetirməyə qoymaz. Əgər həmən gün, ya həmən gecə ölərsə, Allah onu Cənnətdə şəhidlərlə bir yerdə yerləşdirər”.