Məşhur amerikalı aktyor Çarlz Koqlen 1899-cu ildə qastrol zamanı qəflətən vəfat etdikdən sonra Texas ştatının Qalveston şəhərindən dəfn edilib.
Bir il ötdükdən sonra bu şəhəri dəhşətli fırtına ağuşuna alır, bir neçə küçə, o cümlədən məzarlığı da dağıdır, sulara qərq edir. Koqlenin dəfn olunduğu germetik tabut 9 il ərzində Atlantik okeanda 6 min kilometr məsafəni qət edir. Nəhayət, axın tabutu Müqəddəs Lavrenti körfəzində yerləşən Şahzadə Eduard adası sahilinə, düz aktyorun dünyaya göz açdığı evin önünə çıxarır.
Təsadüf? Bəs “təsadüflər” təsadüfdürmü?