İnsan yaradılışın zirvəsidir. Hərçənd, Adəm övladı özü bu mətləb haqqında bir o qədər də düşünmür. Amma düşünməyinə dəyər...
Həyatı ərzində insan orta hesabla 30 min litr ağız suyu istehsal edir ki, bu da təqribən 2 üzgüçülük hovuzunu doldurmağa kifayətdir.
İnsanın nazik bağırsağı onun boyundan təqribən 4 dəfə çoxdur. Belə ki, nazik bağırsağın uzunluğu 5,5 – 7 metr təşkil edir.
İnsanın qoxuya qarşı hissiyyatı itlə müqayisədə xeyli zəif olsa da, insan burnu 50.000 müxtəlif qoxunu fərqləndirmək iqtidarındadır.
İnsan damarlarında qan uzun bir yol qət edir. Belə ki, qan damarlarının ümumi uzunluğu 100.000 kilometr təşkil edir.
Parlaq işıqdan qaranlığa keçən zaman insan gözünün tor qişasının hissiyyatı 20 dəqiqə ərzində təqribən 130 min dəfə artır.
Böyük insanın bədənində sümüklərin sayı uşaqla müqayisədə daha azdır. Həyata qədəm qoyan körpə 350 sümüyə malik olur. Lakin uşaq böyüdükcə bəzi sümüklər birləşir. Bu səbəbdən də artıq yetkinlik yaşına çatan insanın skeleti 206 sümükdən ibarətdir.