POPULYARXƏBƏRLƏR

Ruhanilərimizi təhqir edənlərə cavab

Son zamanlar KİV-də seçilən hədəfin təhqir olunmasına, alçaldılmasına tez-tez rast gəlmək mümkündür. Təəssüflər olsun ki, bu, özünü islami adlandıran mediadan da yan ötməyib.

Bu günlərdə İranda yerləşib, oradan idarə olunan bir neçə saytda belə hal müşahidə olundu. Bu saytlar, sanki bir mərkəzdən idarə olunurmuş kimi, eyni məqalə dərc etdilər. Əslində, biz bu yazıya diqqət də çəkməzdik. Amma məsələ burasındadır ki, sözügedən məqalədə islam.az-da işıq üzü görən müsahibə haqda danışılırdı və həqiqətən həm öz rayonunda, həm də ölkə içindəki ruhaniyyət arasında (istər xaricdə oxumuş olsun, istərsə də yerli) kifayət qədər hörməti olan bir ruhani, dostumuz Hacı Mahmud haqda söhbət gedirdi.

Həmin yazıda əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumunun ünvanına ittihamlar səsləndirilir, sonra isə rayonun axundu az qala təhqir olunurdu. DQİDK haqda ittihamlara cavab verməyəcəyik. Onlar yəqin ki, özləri də cavab vermək iqtidarındadırlar. Heç İslam Konfransı Gənclər Forumunu da müdafiə etməyəcəyik. Onların buna heç ehtiyacı da yoxdur. Baxmayaraq ki, İslam Konfransı Gənclər Forumunun Azərbaycan təşkilatı olmadığını, İslam ölkələri arealını əhatə etdiyini və azərbaycanlıların aktiv rol oynadığı beynəlxalq təşkilat olaraq millətimizin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında, eyni zamanda islam ölkələrində gənclərin islami oyanışı üçün nələr etdiyini yada salsaq, bu təşkilatı həmin saytdakı müəllifin anladığı səviyyədə  olmadığını və tamamilə dəxli olmayan mətləblərdə ittiham etdiyini, yazdığından və ümumən dünyadan bixəbər olduğunu söyləmək olar. Bircə onu xatırladaq ki, bu təşkilatın islam gəncləri arasında oynadığı rolu keçən ay Qahirədə, İƏT-in Zirvə Toplantısında Misirin prezidenti Mürsi öz çıxışında xüsusi qeyd etdi, keçən illərdə isə, elə İran rəhbərliyi səviyyəsində əməkdaşlıq haqda razılıq imzalanmışdır. Bir mətləbi də diqqətə çatdıraq: vətənin çörəyini yeyib, suyunu içib Azərbaycan dövlətinə xidmət etmək xaricdə yaşayıb Azərbaycana xidmət edənlərin bostanına daş atmaqdan, hər halda, daha yaxşıdır.

İndi isə təhqir haqqında. İran saytında dərc olunan məqalənin müəllifi cənub rayonlarından olan axundun müsahibəsi haqda yazır: “Ay axund! Beş günlük dünyadan ötrü əbədi axirətini qurban verirsən? Nəyə dəyər sənin cümə namazın ki, oradakı 500 mömini öz ardınca cəhənnəmə çəkirsən? Nə cavab verəcəksən Allaha, şəhidlər ağası İmam Hüseynə (ə)?”. Məqalənin tam mahiyyətini vermək fikrimiz yoxdur, bircə onu deyək ki, rayonun axundu regioanl toplantıda iştirak etdiyi üçün uzun-uzadı tənqid olunduqdan sonra, sonda təhqir də olunur.

Əvvəla, bu yerdə sual meydana çıxır: görəsən kiminsə yanında İmam Mehdi (ə.f) zühur edib ki, kimin Cənnətə, kimin isə Cəhənnəmə gedəcəyindən, kimin namazının qəbul olacağından, kiminkinin isə qəbul olmayacağından ona xəbər verir? Cümə namazının qılınması Allahın buyurduğu əməldir. Axundun da vəzifələri var ki, onları bacardığı qədər icra edir.

İkincisi isə, hamının səbəbini başa düşdüyü indiki çətin şəraitdə bir ruhani, axund olaraq dişi və dırnaqı ilə şərait yaradaraq əgər 500 nəfəri namaza yığa bilir, gəncləri batilə tərəf getməkdən saxlayıb, haqqa tərəfə çəkməyi bacarır, heç bir dəstək olmadan dərs qoyur, moizə oxuyur, xütbə aparır və bütün bunun içində öz əqidəsini də qoruyursa, hansı vicdan və haqla bütün bunları etmək əlindən  gəlməyən biri siçan deşiyində gizlənərək, belə adamlara lağ edir? Ay müəllif deyilən kəs, sən bu ruhanini təhqir etməyə qalxmazdan əvvəl heç olmasa bir sağına soluna baxıb kimin kim olduğunu, bu axundun necəliyini soruşub eləmisən? Soruşmamısansa, çox pis, soruşub, bilib ondan sonra etmisənsə, ondan da pis. Sən də, sənə yol göstərən də, gedin tövbə edin.

İndiki ruhanilər (söhbət həqiqi ruhanilərdən gedir, dini dünyasına alət edənlərdən deyil) hədisdə deyilən dövrə çatıblar, əllərində köz tutmuş bir halda öz vəzifəlırini icra etməyə məcbur olublar, siz də durub onlara dəstək verməkdən, ağzınıza gələni danışırsız. Bəlkə, ümumiyyətlə Azərbaycanda bir dənə də normal ruhaninin “çöldə” qalmaması, işləyənlərin də işinə badalaq vurmaq haqda göstərişiniz var? Deyin, hamı bilsin də.

Ümumiyyətlə, sayt İrandan idarə olunsa da, sanki İslam Respublikasında yaşayan kəs axundun, imam-cümənin vəzifələrindən bixəbərdir. Buna yenə bir təhər dözmək olardı. Amma məsələ burasındadır ki, müəllif jurnalistikadan da, yumşaq desək, hali deyil. Belə olan halda, yalnız bir çıxış yolu qalır. Həmin saytda dərc olunan məqlənin cümlələrinə kiçik dəyişiklik edərək  müəllifin özünə ünvanlamaq: “Belə jurnalistlikdənsə karyerdə daş daşımaq yaxşıdır vallah. Əlin ayağın əzilər, amma İmanın, Vicdanın pak qalar. Heyf sizlərə!”.


 



Yerləşdirilib:11 Mart, 2013  16:46, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 7
Müəllif: Ruqeyye | 12 Mart, 2013  14:49
# Ответить
+10


]]>]]>

Allah sizden razi olsun.sonu super olub meqalenin.vay olsun o keslere ki oz eyibleri qala qala basqalarinin eyiblerine baxirlar.
Müəllif: balta | 16 Mart, 2013  21:31
# Ответить
+7


]]>]]>

NE QEDER KI BEZI IRANDA OXUYANLAR ZUHUR ETMEMISHDILER HER WEY QAYDASINDA IDI.INSHALLAH YENADA QAYDAYA DUSHER.BUNLAR HAMI BOSH SHEYDIRLER.
Müəllif: alman | 16 Mart, 2013  21:51
# Ответить
+11


]]>]]>

iranda oxuyanlar hami maliyelewirler.odur bizim sade axundlara bohtan atirlar.adam kiwi olar.axundlara bohtan atmayin
Müəllif: alman | 23 Mart, 2013  15:08
# Ответить
+10


]]>]]>

cox qeribedir.ay millet siz basha dushunki lenkerani ELMAN adinda "molla" qarishdirir.BUNU HAMI BILSIN
Müəllif: AYDIN | 28 Mart, 2013  10:22
# Ответить
+5


]]>]]>

salam.vallah men metel qalmiwam.atalarimiz duz deyibler.arxali kopek qurd basar.bu axund ruhanilerimizi tehqir edenler hansisa quvvelere xidmet edirler.
onlari zindanlara aformit etmek lazmdir.burda adi cekilen o melunuda
Müəllif: ewqvilayeti | 30 Mart, 2013  16:42
# Ответить
+5


]]>]]>

Lenkarani 2meluun qariwdirir.biri Elman obiri "misir" leqebli Ramin.
Müəllif: muselman | 6 Aprel, 2013  23:37
# Ответить
-3


]]>]]>

Salam. Yaman quldum. Alman Duz deyir. Biz seyid elmani tanıyırıq. Onun babasi almaniyada çoxlu fashist qırıb. Elbet sənin ona olan ədavətin ondan qalmadı
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com