İmam Rza (ə) buyurub: “Kimsə mədəsinin ona əziyyət verməməsini istəyirsə, yeməyini bitirməmiş su içməsin. Yemək əsnasında su içən şəxsin bədənində rütubət artar, mədəsi zəifləyər və damarlar o yeməkdən güc ala bilməz. Çünki yeməyin üstünə tədricən su töküldükdə mədə genişlənir”.
Həzrət Məhəmməd (s) buyurub: “Suyu sümürə-sümürə için, birdən udmayın. Çünki qara ciyər ağrısı ondan yaranır”.
İmam Sadiq (ə) buyurub: “Hamamda soyuq su içməkdən çəkin, mədəni korlayır”.