Peyğəmbər (s) buyurub: “Zökəm Allahın əsgərlərindən biridir. Onu xəstəliyin üzərinə göndərir ki, xəstəliyi aradan qaldırsın”.
İmam Cəfər Sadiq (ə) buyurub: “Zökəm Allahın işlərindən, əsgərlərindən biridir. Allah onu sənin bədənindəki bir xəstəliyin üzərinə göndərir ki, onu bədəndən qovsun. Xəstəlik çıxandan sonra bir danq (1 qrama yaxın) cirə və yarım danq küncüdü əzib burnuna çəksən, zökəmin gedər. Əgər mümkün olsa, ümumiyyətlə, zökəmi müalicə etmə, çünki onda çoxlu faydalar var”.
İmam Rza (ə) buyurub: “Hər kəs bütün qışı zökəmə tutulmaq istəmirsə, hər gün üç loxma bal şanısı yesin və nərgiz iyləsin. Həmçinin, zökəm zamanı qara çörəkotu da faydalıdır. Əgər kimsə zökəmə yayda tutulubsa, hər gün bir xiyar yesin və gün altında əyləşməsin”.