Rusiyanın xarici işlər naziri Sergey Lavrov İslam ölkələrini həmrəylik nümayiş etdirməyə və aparıcı dünya dinlərindən birində parçalanmaya yol verməməyə çağırıb.
"Rusiyanı İslamın müxtəlif cərəyanları arasındakı vəziyyət ciddi narahat edir", - islam.az-ın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Sergey Lavrov ilin yekunları ilə bağlı mətbuat konfransında deyib. "Bu, ciddi partlayış təhlükəli potensialdır. Bu proseslə bağlı nəsə etmək lazımdır. Xüsusilə, Ərəb Ölkələri Liqası və İslam Əməkdaşlığı Təşkilatı xətti ilə", - nazir bildirib.
"Biz İslam ölkələrinin həmrəylik nümayiş etdirməsinə tərəfdarıq. İndi İslam dünyasında baş verənlərə dar çərçivədə yanaşmamız vacibdir. Yəməndə, Misirdə nəsə baş verdi... Başı qaldırmaq və təhlükə kəsb edən bu proseslərə geniş baxmaq vacibdir", - Sergey Lavrov əlavə edib.