Peyğəmbər (s): “Heyva yeyin. O, qəlbi nurlandırır, sinənin ağırlığını aradan götürür, ürəyi rahatladır və sücaətli edir, uşağı gözəlləşdirir”.
İmam Sadiq (ə): “İnsanlar almada nələrin olduğunu bilsəydilər, xəstələrini ondan başqa heç nə ilə müalicə etməzdilər. Almanın xüsusən ürəyə faydası çoxdur. O, ürəyi yuyur”.
İmam Əli (ə): “Sirkə ən yaxşı yavanlıqdır. O, ağır sarılığı sındırır, yüngülünü aradan qaldırır, qəlbi dirildir”.
İmam Sadiq (ə): “Hər kəs ac qarnına bir nar yesə, qəlbi 40 gün nurlanar”.
İmam Əli (ə): “Mərcimək yemək qəlbi yumşaldar”.