Bu gün, hicri qəməri tarixi ilə Rəbiyül-əvvəl ayının 8-də, müsəlmanların 11-ci imamı Həsən Əskərinin (ə) şəhadət günüdür.
İslam.az SalamNews-a istinadən məlumat verir ki, imam hicri qəməri tarixi ilə 232-ci il Rəbiyüs-sani ayının 8-də Mədinədə dünyaya göz açıb.
İmam Həsən Əskərinin (ə) atası, imam Əliyyən Nəqi (ə) şəhadətə yetişəndən sonra, hicrətin 254-cü ilindən etibarən onun imamlıq dövrü başlayıb və 6 il davam edib.
İmam Həsən Əskəri (ə) hicrətin 260-cı ili Rəbiyül-əvvəl ayının 8-də 28 yaşında Abbasilərin 14-cü xəlifəsi Mötəməd tərəfindən şəhid edilib.
İmamın mübarək məzarı İraqın Samirra şəhərindədir.
Bü hüznlü, Həsən Əskərinin (ə) şəhadətə yetişdiyi gündə bütün dünya müsəlmanlarına başsağlığı veririk.