Azərbaycan Prezidenti İlham Əliyev Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün bu gün səhər Şəhidlər Xiyabanına gəlib.
İslam.az SalamNews-a istinadən xəbər verir ki, dövlət başçısı Qanlı Yanvar faciəsində həlak olanların xatirəsinə ucaldılmış "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.
Müdafiə Nazirliyinin Əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın Dövlət himni səslənib.
Şəhidlər Xiyabanını hökumət üzvləri, Milli Məclisin deputatları, diplomatik təmsilçilik nümayəndələri ziyarət ediblər.
Bu gün Qanlı Yanvar faciəsinin 22 illiyi ilə bağlı həlak olanların xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına insan seli axır. Xiyaban axşam saatlarına qədər ziyarətə açıq olacaq.