Baqqalın bir tutuquşusu var idi, onu hər yerdə tərifləyirdi. Quş həm dükanın keşiyini çəkirdi, həm alıcıları əyləndirirdi.
Amma bir dəfə, baqqal dükanda olmayanda, bir pişik tutuquşunu ürkütdü. Qəfildən qanad çalan quş ətir dolu şüşəyə toxundu. Şüşə döşəməyə düşərək sındı, ətir dağıldı. Geri döndükdən sonra dükanın sahibi tutuquşunu yamanca kötəklədi. Quşun kəkili tamam yolundu. Artıq o yeməkdən və içməkdən imtina edirdi, ən əsası isə - susurdu. Əsəbiləri soyuyan baqqal əməlinə çox peşman oldu, kəkilsiz quşa baxıb dedi:
- Kaş özüm keçəl qalaydım! Kaş əlim qırılaydı! Axı nə üçün belə oldu?
Dükanın sahibi müxtəlif dərmanlardan istifadə etdi, övliyalara dua etmələri üçün yalvardı – amma bir fayda olmadı: tutuquşu susurdu.
Bir neçə gündən sonra dükana bir daz dərviş daxil oldu. Onu görən kimi quş dil açdı:
- Ay aman! Sən mənə təsəlli verdin! Görürəm ki, ətri yalnız mən dağıtmamışam, sənin da saçlarını bu əmələ görə yolub keçəl qoyublar.
Dükanda olanlar bu sözlərdən sonra o ki var güldülər: tutuquşunun özünü dərvişə bənzətməsi onları əyləndirdi.
Günahkar insan da bəzən özünü övliya sayır, çünki eynən onun kimi yeyir, içir və yatır.