Əhməd ibn əl-Müəddəb "əl-Funun" kitabında və İbn Mehdi "Nuzhətul-əbsar"da yazırlar: "Bir gün Həsən ibn Əli (ə) yerdə oturub qarşılarında olan tikə çörəkləri götürüb yeyən bir neçə yoxsulun yanından keçirdi. Onlar o Həzrətə təklif edib dedilər: "Ey Allah Peyğəmbərinin nəvəsi, buyurun bizimlə yemək yeyin". Həzrət miniyindən düşüb dedi: "Allah təkəbbür sahiblərini sevmir". Sonra onlarla yemək yeməyə başladı və sonda onların hamısı doydular və o Həzrətin bərəkətindən həmin çörəklərdən heç nə azalmadı. Həsən (ə) sonra həmin yoxsulları özü qonaq çağırdı və onlara yemək və geyim verdi".
("Əl-Mənaqib", İbn Şəhr Aşub, c.4, səh. 23).