Tatarstan şiələrinin lideri Rusiya prezidentinə müraciət edib
Tatarıstan şiələrinin lideri Fariz Əskərzadə dinin ekstremizm, radikalizm və digər qeyri-ənənəvi dalğalarına qarşı mübarizə aparmağa yardım göstərməsi üçün Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.
İslam.az-ın SalamNews-a verdiyi xəbərə görə, müraciətində o, fəaliyyəti barədə məlumat verib: “Mən 2008-ci ildən etibarən Tatarıstanda, valideynlərim isə 1996-cı ildən etibarən Kazan şəhərində yaşayır. Tatarıstanda yaşadığım müddət ərzində mən bizim islam xalqı üçün ənənəvi olan şiə qolunu təbliğ edən Azərbaycan İcmasına kömək etmişəm və maarifləndirmişəm. Mənim bu sahədə fəaliyyətimin əsas məqsədi ekstremizm, radikalizm və vahhabizm kimi dinin qeyri ənənəvinə qarşı mübarizədir. Bununla əlaqədar biz, şiələr bir çox məqalə buraxmışıq. Eyni zamanda, mən 2011-ci ildə dərc olunan və vahhabizmin əsasına həsr olunan “Təfriqə məzhəbi” adlı kitabın müəllifiyəm. Vahhabilərin öz ideologiyalarını yaymağa çalışdığı Azərbaycan icması daxilində fundamentalizmə qarşı mübarizə apardığıma görə, mənə bir neçə dəfə onlar tərəfindən təhdidlər olunub. Bizim kitabımız işıq üzü gördükdən sonra, güclü vahhabi lobbisinin təsiri ilə Tatarıstandan qovuldum. Ancaq, buna baxmayaraq, mən ekstremizmə qarşı yönəlmiş fəaliyyətimə son vermədim və onu Moskvada davam etdirmək qərarına gəldim. Sosial şəbəkələrdə, o cümlədən İnternetdə vahhabizmin əsası və onun bütün xalqlar, o cümlədən azərbaycanlılar üçün zərərindən bəhs edən çox sayda məqalərlə çıxış etmişəm. “İnterfaks” agentliyinə ekstremizmə qarşı müsahibəmdən sonra Tatarıstanda güclü nüfuza malik olan və yerli məmurlar vasitəsi ilə məni Rusiyadan çıxara bilən vahhabilər tərəfindən mənə qarşı təsir və təzyiq artmağa başladı".
Müraciətdə daha sonra deyilir: "Tatarıstan şiələrinin dini lideri kimi, mən sizin Rusiya xalqları üçün ənənəvi dinlərin müdafiəsi üzrə fəaliyyətinizi dəstəkləyirəm və hər zaman dəstələmişəm və sizin tərfinizdən aparılan siyasətdən ilhamlanaraq dini ekstremizmə qarşı mübarizə aparmışam. Rusiya azərbaycanlıları üçün ənənəvi din islamın şiə qoludur. Öz moizələrimdə, məqalələrimdə və kitablarımda mən qeyd etmişəm ki, vahhabilər azərbaycanlılar arasında öz ideologiyalarını yaymağa, onları öz davamçıları etməyə çalışırlar. Xaicdən görünməyən və özünü heç cür biruzə verməyən güclü vahhabi lobbisi, dövlətdə dini fitnə yaymaq məqsədi daşıyır. Bunun üçün onlar Rusiyadan şiə liderlərini çıxarmaq istəyirlər. Biz digər xalqlar arasında şiəliyi yaymağa çalışmırıq, biz istəyirik ki, yalnız azərbaycanlılar öz dinində qalsın. Bizi Rusiyadan, eyni zamanda Tatarıstandan qovmaqla vahhabilər üçün azərbaycanlılar arasında öz təriqələrini yaymaq asanlaşır. Sizin ənənəvi dinlərə qarşı hörmətini nəzərə alaraq, mən sizin yardımınıza və bu yolda dəstəyinizə əminəm".
O müraciətində vurğulayıb ki, 5 kitab, 40-dan artıq məqalə müəllifiyəm, Qum şəhərində (İran) təhsil almışam və höcətül-islam-vəl-müslimin dini adını daşıyıram. Kazanda mənim şəxsi mənzilim var və mənim övladlarım məktəbə gedir. Özüm hazırda Azərbaycanda yaşamaq məcburiyyətindəyəm. Əgər biz Rusiyada yaşayan azərbaycanlılara dini təbliğ etməsək, vahhabilər heç bir çətinlik çəkmədən onlar arasında öz ideologiyalarını yayacaqlar.
Bu meqaleni yerleshdirmeye gore men sizin yerinize utaniram.Gah islamnan danishirsiz gah da teriqetler arasi ixtilafli yazilar derc edirsiniz.Hansisa axmaq iranda shiyelik cesuslugu oyrenib onu islam alimi kimi qeleme verirsiniz.Kim deyirki AZERBAYCAN shiye olkesidi,AZERBAYCAN butun dinlerin yashadigi ISLAM olkesidir.