Hacı Şahin Həsənli: “Kardavinin fətvasına Quranda və hədislərdə əsas yoxdur”
Xəbər verdiyimiz kimi, məşhur alim Şeyx Yusuf Kardavi “əl-Cəzirə” kanalı ilə çıxış edərək, Suriya hakimiyyəti ilə əməkdaşlıq edənlərin hamısının, o cümlədən mülki vətəndaşların və ailimlərin də qətlinə fətva verib. Məsələni şərh etmək üçün islam.az-ın müxbiri Məşədi Dadaş məscidinin imam-cüməsi, ilahiyyatçı-alim Hacı Şahin Həsənliyə müraciət edib.
Müsahibimiz bildirdi ki, bu, siyasiləşdirilmiş bir fətvadır və müəyyən maraqlara xidmət edir: “Bildiyiniz kimi, Misirdə buna bənzər vəziyyət yarandıqda, bəzi alimlər tam əks mövqe nümayiş etdirirdilər. Bildirirdilər ki, xalq hərəkatına dəstək vermək fitnəyə dəstək vermək kimidir. Məncə belə həssas məsələlərdə din adamları olduqca diqqətli və məsuliyyətli olmalıdırlar. Bir fətva verdikdə, Qurana və hədislərə əsaslanmalıdırlar. Amma Kardavinin fətvasına nə Quranda, nə də hədisdə bir əsas görmürəm. Bu tip çıxışlar fətvanı verənin şəxsi baxışlarından qaynaqlanır. Odur ki, belə çıxışları ümumiyyətlə dini fətva adlandırmaq olmaz”.
Hacı Şahin hazırda Suriyada cərəyan edən hadisələrə də münasibət bildirdi: “Hamı qeyd edir ki, Suriyada islahatların keçirilməsi vacib idi, Bəşər Əsəd hakimiyyətinin də müəyyən səhvləri olub. Amma kənar qüvvələrdən istifadə edərək Suriyanın daxilində çaxnaşma yaratmaq istəyirlər ki, bu da müəyyən dövlətlərin maraqlarına xidmət edir. Sağlam düşüncəli insanlar hər zaman anlayıblar ki, istənilən ölkənin problemi onun vətəndaşları tərəfindən həll edilməlidir. Suriyaya demokratiyanı kənardan gətirmək söhbətləri boş xülyadır. Eyni mənzərəni biz Bəhreyndə, digər dövlətlərdə də görürük. Rejim insanlara zülm edir, bəzən nümayişçilər vəhşicəsinə qətlə yetirilir. Amma nə dünya ictimaiyyəti, nə də aparıcı dövlətlər buna heç bir reaksiya göstərmirlər. Suriyada məqsəd xarici müdaxiləyə zəmin yaratmaqdır. Buna nail olmaq üçünsə məzhəblərarası qarşıdurma görüntüsü yaradılır. İstəyirlər ki, sünnilərdən bir dəstək alsınlar, onları hakimiyyətə qarşı qaldırsınlar. Guya ki, hakimiyyətdə şiələrdir, ələvilərdir. Amma tarix boyu Suriyada sünnilərə qarşı heç bir ayrıseçkilik olmayıb və mən bu ittihamları əsassız sayıram. Bu süni ixtilafdır. Münaqişənin məzhəb toqquşmasına çevrilməsi və yaxud belə təqdim olunması çox təhlükəlidir. Təbii ki, Suriyada əhalinin müəyyən narazılıqları olub. Amma həm rəy sorğuları, həm də cərəyan edən hadisələr göstərir ki, vətəndaşlar, xalqın əksəriyyəti Bəşər Əsədi dəstəkləyir. Əks halda qarşıdurma heç bu qədər uzun çəkməzdi. Problemlər var, onları da suriyalılar özləri həll etməlidirlər. Gülməlidir ki, bəzən bu məsələlərə monarxiya sistemi ilə idarə edilən, insanları elementar hüquqlardan məhrum edən ölkələr müdaxilə etmək həvəsinə düşürlər. Bu ixtilafları da məzhəb qarşıdurması kimi təqdim edərək, əvvəlcədən tərtib olunmuş planları həyata keçirməyə cəhd göstərirlər”.
Ramil, yene gelib shielere zeherivi tokursen? Neyi duz demir? Deyir ki, camaati oldurmek olmaz, sehv edir? Senin islaminda iman insanlarin qanini tokmekle olchulur? Allah senin de, senin Kardavi kimi, vehhabi sheyxleri kimi sheyxlerinin de belasini verib kokunuzu kessin, belke muselmanlar bir rahatliqa chixdilar. Islam dunyasina qara yara ve xerchengsiniz siz.
Bes lenkerani agovuz Azerbaycanli publisistin olumune fetva verib oldurtmeyi,niye sizi qiciqlandirmirdi? Kim deyir ki men vehhabiyem,deyesen shiye olmayan muselman deyil? Birdeki anar kimin kokunun kesildiyi goz qabagindadi.Sebirli olun,nagillara yox QURANA qulaq asin.