Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, Federasiyanın təhsil müəssisələrində hicab geyinmək yolverilməzdir.
İslam.az-ın "RİA Novosti"yə istinadla verdiyi xəbərə görə, o, bunu Moskvada keçirilən mətbuat konfransında söyləyib.
Prezident deyib: "İslam dünyasının özündə nüfuzlu şəxslər söyləyir ki, bunu - təhsil müəssisələrində hicab geyinmək lazım deyil. Biz isə bu adətlərə əməl edəcəyik? Nəyə görə?".
Xatırladaq ki, bu ilin oktyabrında Stavropol məktəblərinin birində direktor bir neçə müsəlman qız şagirdlərin hicabla məktəbə gəlməsini qadağan edib. Qızların valideynləri bunu əsassız hesab edib və prokurorluğa müraciət ediblər. Öz növbəsində prokurorluq qadağanın əsaslı və Rusiya qanunvericiliyinə zidd olmadığını bildirib.