İmam Riza (ə) buyurur:
"Həqiqətən camaat namazı dində xalislik, tək olan Allaha sitayiş etmək, Allaha ibadət edib Ona təslim olmağı aşkar etmək üçün müəyyən olunmuşdur. Çünki din hökmlərinin elan olunması və haqq bünövrələrinin bəyan edilməsiylə Allahın höccət və dəlili şərq və qərb əhlinə çatdırılır, islam dininin həqiqətləri aydınlaşır. Vahid Allaha sitayiş olunduğu üçün, artıq şirk və kafirliyin qaranlıq zülməti nurun qarşısında davam gətirə bilməz və nəhayət məhv olub gedəcəkdir.
Allahın dinindən uzaq düşüb onu yüngül sayanlar, amma müsəlmançılıq iddiası edənlər, istər-istəməz camaat namazına gəlir və iddiasına uyğun olaraq camaat namazına dayanır, nəticədə cəmiyyətin əməli bir şəkildə olur və kimsə hökmü pozmayır.
Xalq bir-birini tanıyır və bir-birinə şahid dura bilmələri üçün şərait yaranır. Bu məqsədi həyata keçirmək üçün ən yaxşı şey camaat namazıdır.
Bu toplaşma səbəb olur ki, xalq bir-birinə kömək əli uzatsın, ümumi mənafe xatirinə həmkarlıq etsin, çətinlikləri aradan qaldırsın, dindarlıqda, Allaha sitayiş etməkdə və çoxlu günahların qarşısını almaqda bir-birinə yardım etsinlər".
("Biharul-ənvar" /88/12).