Suriyada silahlı müxalifətin döyüşçüləri şiə məscidini yandırıb
Suriyanın şimalında silahlı müxalifətin döyüşçüləri şiə məscidini yandırıb. İnternet şəbəkəsində məscidin yandırılmasını əks etdirən videomaterial yayımlanıb.
İslam.az-ın "Yeni Şərq"ə istinadla verdiyi xəbərə görə, Reiters-in şərhçisi sözügedən hadisəni "Suriyada gedən vətəndaş müharibəsinin məzhəblərarası münaqiyə çevrildiyinin bir əlaməti" kimi dəyərləndirib.
Videokadrda onlarla döyüşçünün şiələrə məxsus yanmaqda olan "Hüseyniyyə" məscidinin qarşısında qucaqlaşıb-öpüşərək bir-birini təbrik etdiyi əks olunur. Əlisilahlı döyüşçülərdən biri "şiə və rafizi yuvalarını məhv edəcəklərini" söyləyir. Reuters-in müxbiri sözügedən videonun Suriyanın şimalında yerləşən Cisr əl-Şuğur şəhərində çəkildiyini qeyd edir.
Nəhayət ki, xalqın azadlıq uğrunda mübarizəsi kimi təqdim edilən savaşın əsl mahiyyəti açılmağa başladı. Söhbət Suriyada hakimiyyətdə olan şiə təmayüllü təbəqəyə qarşı ifrat sünnilərin müharibəsindəm gedirmiş.