Əmirəl-möminin Əli (ə) İmam Həsənə (ə) buyurdu:
"İstəyirsənmi sənə dörd xislət öyrədim ki, təbibə ehtiyacın olmasın?!". İmam Həsən ərz etdi, bəli! Buyurdu: "Acmamış yemək yemə, yeməkdən doymamış süfrədən çəkil, yeməyi ağzında yaxşı çeynə və yatmazdan qabaq ayaqyoluna get. Əgər bu göstərişlərə əməl etsən, təbibə ehtiyacın olmaz".
("Vəsailuş-şiə" /24/245).