POPULYARXƏBƏRLƏR

Növbəti “Qiyamət”

Dekabrın 21-i yaxınlaşır. Planet sakinlərinin bir qismi bu tarixi böyük həyəcanla gözləyir. Səbəb isə Maya təqvimi ilə məhz 2012-ci il dekabrın 21-də dünyanın sonunun göstərilməsidir. Kimlər üçünsə bu olduqca vacib bir tarix olsa da, əksəriyyət “dünyanın sonuna” hazırlıqları təbəssümlə qarşılayır.

Əslində, bu da anlaşılandı. Bəşər tarixində dəfələrlə buna bənzər hadisələr yaşanıb, əhali təşvişlə Qiyamətə hazırlaşıb, amma nəticədə heç bir qlobal faciə meydana gəlməyib. Günlər, aylar, fəsillər və illər bir-birini əvəzləməkdə davam edib. Tarixə ötəri bir nəzər salaq.

Əsasən xristian təmayüllü cərəyanlar 33; 666; 900; 999; 1000; 1013; 1033; 1492; 1584; 1666; 1844; 1899; 1900; 2000 və 2011-ci illərdə dünyanın sonu olacağına dair proqnozlar veriblər. Hazırda bu yazını oxumağınız sözügedən proqnozların nəticələri haqqında fikir yürütməyə əsas verir. Bundan əlavə tarixdə çox sayda digər “öngörmələr” olub. Onların yalnız bir qismini qeyd etməklə kifayətlənəcəyik. Məsələn, əslən ilk fransalı Roma papası olan II Silvestr bəyan etmişdi ki, dünyanın sonu 1000-ci il yanvarın 1-də gələcək. Bu proqnozun doğrulmaması ciddi faciələrə yol açdı. Belə ki, papaya kor-koranə inanan avropalılar hamılıqla o biri dünyaya səyahətə hazırlaşdılar: nə əkən oldu, nə də biçən. Amma qışın oğlan çağında qəfildən dünyanın sonu gəlmədi. Növbəti ilin hansı qıtlıqla və aclıqla müşayiət olmasını ancaq təsəvvür etmək mümkündür. Nəticədə neçə-neçə insan elə “Qiyamət” deyə-deyə bu dünya ilə vidalaşdı.

1900-cu il noyabrın 1-ni “Qırmızı ölüm” təriqəti davamçılarının bəşəriyyətin son nəfəsi kimi dəyərləndirmələri də insan tələfatı ilə müşahidə edilidi. Belə ki, Rusiyada fəaliyyətdə olan bu inanca tapınanlardan təqribən 100 nəfər özlərini yandırmaqla həqiqətən də həyatları üçün Qiyaməti qopardılar.

İtaliyalı uşaq həkimi Elio Blanko isə ABŞ-ın məxfi bombasının partlaması nəticəsində dünyanın son dəqiqəsini belə “müəyyənləşdirib” – 1960-cı il iyulun 14-ü saat 13:45. Bu hadisəyə hazırlıq məqsədi ilə onun tərəfdarları hətta dağda xüsusi sığınacaq da hazırlayıblar ki, bütün bəşəriyyət məhv olduqdan sonra mövcudluqlarını davam etdirsinlər. Amma təyin edilən vədə yetişsə də, təbii ki, heç bir fövqəladə hadisə baş verməyib və dağdakı süni mağara da istifadəsiz qalıb.

Ümumiyyətlə, tarixdə dünyanın sonuna hazırlıq məqsədi ilə sığınacaqlar inşa edənlər kifayət qədər olub. Məsələn, 1967-ci il dekabrın 25-də dünyanın sonunu gözləyən Danimarkanın Orton Yensen kilsəsinin davamçıları yeraltı bunker hazırlamışdılar. 1980-ci il aprelin 29-da nüvə müharibəsi nəticəsində Məhşər gününü gözləyən Leland Censen və Çarlz Geynz bəhai cərəyanının üzvləri isə ABŞ dağlarında xüsusi sığınacaqlar qurmuşdular.

Bu misalları davam etdirmək də olar. Amma aydındır ki, bunların hamısı əsası olmayan iddialardan savayı bir şey deyil. Həqiqəti tam qətiliklə yəqin etmək lazımdır: Qiyamət yalnız Allahın izni ilə qopacaqdır və bu hadisənin nə zaman baş verəcəyini də, yalnız O bilir.

P.S. Dekabrın 21-indən sonra həyat davam edəcək. Lakin Qiyamət proqnozları bununla bitməyəcək. Çünki hələ “alimlərin” təyin etdikləri neçə-neçə Qiyamət tarixləri gözləməkdədir: 2021, 2036, 2242, 2892, 3797 və s.



Yerləşdirilib:12 Dekabr, 2012  16:44, ]]>Çap]]>
 
Bu bölmədə:

Son şərhlər : 1
Müəllif: ARZU | 26 Dekabr, 2012  19:46
# Ответить
+1


]]>]]>

ALLAH OZ BASHINDAN QIYAMET TARIXI QOYANLARIN CEZASINI VERECEK. ETRAFLI MELUMAT UCUN TESHEKURLER. 1-NI DE MEN YAZIM. RUSLARIN BILDIRDIKLERINE GORE GUYA DUNYANIN SONU 2029-CU ILDE BASH VERECEK HETTA SAATINI DA MUEYYEN EDIBLER 14-35. COX GULMELI VE ACINACAQLI VEZIYYETDEDI BU CAHIL VE KAFIR INSANLAR. ALLAHIN NE QEDER QUDRETLI VE HER BIR SHEYIN ALLAHIN ELINDE OLDUGUNU HELE DE DERK ETMIRLER
Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com