İslam.az-ın “Azərbaycan və azərbaycanlılar üçün Məhərrəmlik nə deməkdir?” mövzusunda keçirdiyi sorğuya yekun vurulub.
Saytımızın Azərbaycan bölməsində sorğuya 174, rus bölməsində isə 97 nəfər qatılıb.
Verilən suala cavablar aşağıdakı kimi bölünüb:
Sadəcə ənənə - 10 səs
Mövhumat qalığı – 14 səs
Milli kimliyimizin tərkib hissəsi – 23 səs
Dini kamilləşdirən ibadət – 109 səs
Azərbaycanda bunun əsl yüksək mahiyyətini anlamırlar – 117 səs.
Hörmətli oxucular! Sizi növbəti sorğuya qatılmağa dəvət edirik. Sual belədir: “Suriyada baş verən hadisələri necə dəyərləndirirsiniz?”.
1.Müsəlmanlara qarşı yönələn təcavüz
2.İranın müttəfiqini zərərsizləşdirmək cəhdi
3.ABŞ və İsrailin Yaxın Şərqdə təsir çevrəsini genişləndirmək planının tərkib hissəsi
4.Xalqın azadlıq hərəkatı
Xatırladaq ki, sorğu bölməsi səhifəmizin sağ tərəfində aşağıda, populyar videolar blokundan sonra yerləşir. Əvvəlcədən hər birinizə rəy bildirdiyinizə görə təşəkkür edirik.