Hörmətli oxucularımızın nəzərinə!
Dekabrın 19-da saat 15.00-da tanınmış ilahiyyatçı alim, müasir dövrdə İslamda məzhəblərarası vəhdətin yaradılması, İslamın modern dünyaya uyğun təqdim edilməsində xidmətləri olan, Türkiyənin müxəlif kanallarında dini proqramların aparıcısı Nihat Hatiboğlu ilə görüş keçiriləcək.
Tədbirin təşkilatçıları tərəfindən islam.az saytının oxucuları üçün müəyyən qədər yer ayrılmışdır. Tədbirdə iştirak etmək istəyənləri bazar günü istisna olmaqla, hər gün saat 15.00-dan 19.00-dək (012) 5981162 (daxili nömrə 11) nömrəli telefona zəng vuraraq qeydiyyatdan keçməyə və xüsusi dəvətnamə almağa dəvət edirik.
Yerlər məhdud olduğu üçün giriş yalnız dəvətnamələrlə olacaq. Dəvətnamələr pulsuzdur.