Maliki məzhəbinin banisi Malik ibni Ənəs İmam Sadiqin (ə) fəzilətinə dair belə deyir:
"Fəzilət, elm, ibadət və vərə (təqvanın ən yüksək mərhələsi) baxımından Cəfər Sadiqdən daha üstün bir kəsi heç bir göz görməmiş, bir kəsin qulağı ondan üstün bir fəzilət eşitməmiş, heç bir bəşərin qəlbindən ondan fəzilətli adam keçməmişdir".